Azərbaycan Prezidenti Moldovanın daxili işlər nazirini qəbul edib – YENİLƏNİB – FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Prezidenti Moldovanın daxili işlər nazirini qəbul edib – YENİLƏNİB – FOTO

12:20 - 15 / 11 / 2017
Azərbaycan Prezidenti Moldovanın daxili işlər nazirini qəbul edib – YENİLƏNİB – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Moldovanın daxili işlər naziri Aleksandr Jizdanı qəbul edib.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.   

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, Azərbaycan və Moldova hüquq mühafizə orqanları, o cümlədən Daxili İşlər nazirlikləri arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi, təcrübə mübadiləsi aparılmasının əhəmiyyəti vurğulandı, Moldovanın daxili işlər naziri Aleksandr Jizdanın ölkəmizə səfərinin bu əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.                      

S.Xankişiyeva

Paylaş:
704

Son xəbərlər

Bütün xəbərlər