Şərq rayonlarında çiskinli yağış yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Şərq rayonlarında çiskinli yağış yağacaq

12:58 - 15 / 11 / 2017
Şərq rayonlarında çiskinli yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi noyabr ayının 16-na olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.

Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 9-11, gündüz 15-18, Bakıda gecə 9-11, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 7-12, gündüz 15-19, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir. 

Babək Cahandarov

Paylaş:
693

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər