Bərdədə avtomobil ər-arvadı vuraraq öldürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə avtomobil ər-arvadı vuraraq öldürüb

15:34 - 16 / 11 / 2017
Bərdədə avtomobil ər-arvadı vuraraq öldürüb

Bərdə rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1news.az APA-ya istinadla xəbər verir ki, ötən gecə Bərdə şəhərinin Bakı prospektində 1986-cı il təvəllüdlü Cəfərov Malik Baloğlan oğlunun idarə etdiyi, 02 BR 258 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı avtomobillə 1967-ci il təvəllüdlü Əliyev Zakir Rasim oğlu və onun həyat yoldaşı, 1970-ci il təvəllüdlü Əliyeva Zülfiyyə Məhəmməd qızı vurulub.

 Piyadaların ikisi də hadisə yerində ölüb. Sürücü saxlanılıb.

 Faktla bağlı cinayət işi başlanıb.

1news.az   

Paylaş:
643

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər