Ağdamda güclü zəlzələ: Ciddi fəsadlar var - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdamda güclü zəlzələ: Ciddi fəsadlar var - FOTO - YENİLƏNİB

09:46 - 16 / 11 / 2017
Ağdamda güclü zəlzələ: Ciddi fəsadlar var - FOTO - YENİLƏNİB

Ötən gün Ağdam rayonunda baş verən zəlzələ nəticəsində 127 ev xəsarət alıb. 

1news.az xəbər verir ki,  bu barədə “Qafqazinfo”ya Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib. 

İcra başçısı deyib ki, qəzalı vəziyyətdə olan bir ev tamamilə uçub:

“İlkin əldə etdiyimiz məlumata görə, 127 evdə çat əmələ gəlib. Hansı ki, o  evlərin əksəriyyətində çatlar var idi. Sadəcə olaraq həmin çatlar zəlzələ nəticəsində genişlənib. Bundan başqa, orta məktəbdə çat yaranıb. 

Həmçinin, qəzalı vəziyyətdə olan ev uçub. Həmin evdə yaşayış olmayıb. Yəni, ev sahibləri qəzalı vəziyyətdə olan hissədə olmayıblar. Faciəyə çevrilən, insanlara xəsarət edilən hadisə baş verməyib”

1news.az

09:23

Noyabrın 15-də, gecə saat 23:48-də Ağdam rayonu ərazisində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

1news.az xəbər verir ki, zəlzələ bəzi fəsadlar törədib, lakin itki yoxdur.

 Ağdam Rayon İcra Hakimiyyətindən Trend-ə  verilən məlumata görə,  hadisə nəticəsində rayonun Üçoğlan kəndində kənd sakini Səfərova Zəhra Göyüş qızına məxsus bir mərtəbəli 3 otaqlı daş ev tamamilə dağılıb. Hadisə nəticəsində xəsarət alan olmayib. Kənd ərazisində onlarla evdə böyük çatlar əmələ gəlib.

Zəlzələ nəticəsində rayonun Quzanlı kəndində elektrik transformatoru partlayıb və qəsəbə işıqsız qalıb.

Həmçinin, rayonun bir çox yaşayış məntəqələrində evlərdə iri çatlar yaranıb.

Hazırda Ağdam rayon İcra Hakimiyyətində zəlzələ ilə bağlı xüsusi komissiya yaradılıb və zədələnən evlərə baxış keçirilir.

1news.az

Paylaş:
1536

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər