Xanım jurnalist onkoloji xəstədir, köməyə ehtiyacı var
Jurnalist Ülviyyə Həsənqızı bir müddətdir onkoloji xəstəlikdən əziyyət çəkir.
1news.az xəbər verir ki, bu barədə jurnalistin həmkarları sosial şəbəkədə məlumat yayıblar.
Qeyd edilib ki, Ülviyyə Həsənqızı anası ilə yaşayır və hazırda işsizdir: “Buna görə də xəstəliyi ilə nə maddi, nə də mənəvi olaraq mübarizə aparacaq gücdə deyil. Ondan köməyinizi əsirgəməyin!”.
Xatırladaq ki, Ü.Həsənqızı mədəniyyət sahəsi üzrə ixtisaslaşmış jurnalistdir.
1news.az
1174