“Şahdəniz-2” üzrə ümumi işlərin 97%-dən çoxu tamamlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Şahdəniz-2” üzrə ümumi işlərin 97%-dən çoxu tamamlanıb

14:11 - 20 / 11 / 2017
“Şahdəniz-2” üzrə ümumi işlərin 97%-dən çoxu tamamlanıb

“Şahdəniz Mərhələ 2” üzrə ümumi işlərin 97 faizdən çox çoxu tamamlanıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu ilin üçüncü rübündə “Şahdəniz Mərhələ 2” layihəsinin tikinti işləri uğurla davam edib.

Hazırda layihə üzrə işlər - mühəndis işləri, təchizat, tikinti işləri və istismar sınaqları da daxil olmaqla ümumilikdə 97 faizdən çox tamamlanıb və bu layihədən ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur. Layihə işləri həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal terminalında və boru kəməri marşrutu boyunca uğurla davam edir.

Sentyabrın 6-da Xəzər dənizinin yeni flaqman gəmisi olan Xankəndi istismara verilib. Ən son texniki nailiyyətləri özündə birləşdirən bu sualtı tikinti gəmisi məxsusi olaraq “Şahdəniz Mərhələ 2” layihəsi çərçivəsində Xəzər dənizində ən böyük sualtı hasilat sistemini quraşdırmaq üçün layihələndirilib və inşa edilib. 378 milyon ABŞ dolları dəyərində olan bu yeni gəminin Bakıda keçirilmiş istismara verilməsi mərasimində Prezident İlham Əliyev iştirak edib. Artıq dənizdə “Şahdəniz” yatağı ərazisində olan Xankəndi gəmisi növbəti on bir il ərzində orada sualtı quraşdırma və tikinti işlərini həyata keçirəcək.

Sentyabr ayının 15-də isə “Şahdəniz Mərhələ 2” üçün tikilən platformalardan ikincisinin - Hasilat və Dikborular platformasının da üst modulları yola salınıb və dənizdə quraşdırılıb. Bundan əvvəl iyun ayının əvvəllərində Yaşayış Blokları və Texnoloji Təchizat platformasının üst modulları təhlükəsiz şəkildə və uğurla dənizə yola salınmış və dayaq blokunun üzərinə quraşdırılmışdı.

Tikintisi qrafiki qabaqlayaraq başa çatdırılmış Hasilat və Dikborular platformasının üst tikililəri Xəzər dənizindəki “Şahdəniz” müqavilə sahəsinə Bibiheybətdəki “Azfen” tikinti-quraşdırma sahəsindən yola salınıb. Üst tikililərinin vahid bir konstruksiya kimi daşınması, sürüşdürmə üsulu ilə dayaq blokunun üzərinə yerləşdirilməsi, montajı və quraşdırılması işləri diqqətlə planlaşdırılaraq 6 gün ərzində tamamlanıb. Üst tikililər artıq suyun 94 metr dərinliyində quraşdırılmış Hasilat və Dikborular platforması dayaq blokunun üzərindədir.

Dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalında “Şahdəniz-2”dən əldə ediləcək əlavə qaz həcmlərini emal etmək üçün genişləndirmə işləri uğurla irəliləyir.

Ümumilikdə “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) üzrə tikinti işlərinin ən qızğın vaxtlarında Azərbaycanda 24 mindən çox insan bütün əsas müqavilələr üzrə işlərə cəlb olunub ki, onların da 80 faizdən çoxu ölkə vətəndaşları olub.

S.Xankişiyeva

 

Paylaş:
767

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər