Samuxda zəlzələ olub
Noyabrın 20-də Gəncədən 53 kilometr cənub-qərbdə, Samux rayonu ərazisində 3,5 bal gücündə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən 1news.az-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 17:54:27-də qeydə alınıb.
Ocağı 11 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.
1news.az
439