UEFA AFFA-nın layihəsini təsdiq edib | 1news.az | Xəbərlər
Futbol

UEFA AFFA-nın layihəsini təsdiq edib

21:57 - 24 / 11 / 2017
UEFA AFFA-nın layihəsini təsdiq edib

AFFA-nın irəli sürdüyü layihə UEFA-nın Uşaq Fondu (UEFA Children Foundation) tərəfindən təsdiq olunub.

1news.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, “Brave Hearts” (Cəsur ürəklər) adlı layihəyə əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mini-turnir keçiriləcək.

Belə ki, Cocuq Mərcanlıda 3 gün ərzində fərdi inkişaf treninqləri, futbol turniri, müxtəlif əyləncələr təşkil olunacaq, 3 ayda bir dəfə olmaq şərtilə mini-turnir keçiriləcək.

Layihə çərçivəsində kəndin sakinlərinə idman ləvazimatları təqdim olunacaq.

1news.az

Paylaş:
804

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər