Bakı İpək Yolu festivalı keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı İpək Yolu festivalı keçiriləcək

14:52 - 27 / 11 / 2017
Bakı İpək Yolu festivalı keçiriləcək

Almaniyanın Hote mərkəzinin təşəbbüsü ilə  Bakı İpək Yolu festivalı keçiriləcək.

Bu barədə 1news.az-a Almaniyanın azərbaycandakı səfirliyindən məlumat verilib.

5-14 dekabr tarixlərində keçiriləcək festivalda Almaniya, Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstandan olan məşhur musiqiçilərlə caz konserti, eyni zamanda sərgi və musiqi seminarları təşkil ediləcək.

Tədbirə qatılan incəsənət xadimlərinin təmsil etdikləri ölkələr tarixi İpək Yolunun bir hissəsini təşkil edir. Almaniyada formalaşmış ideyaya görə bu yol nəinki məhsul, eləcə də şərq və qərb arasında incəsənət və ideya mübadiləsi üçün imkandır. Konsert və tədbirlər Bakının bir çox yerində keçiriləcək. Konsertlərə giriş sərbəstdir.

P.Sultanova

Paylaş:
641

Son xəbərlər

Bütün xəbərlər