Cianni Bardazzi Bakı Ali Neft Məktəbində master-klass keçib | 1news.az | Xəbərlər
Cəmiyyət

Cianni Bardazzi Bakı Ali Neft Məktəbində master-klass keçib

11:14 - 01 / 12 / 2017
Cianni Bardazzi Bakı Ali Neft Məktəbində master-klass keçib

İtaliyanın Maire Tecnimont Group şirkətinin Xüsusi təşəbbüslər və regionda koordinasiya üzrə birinci vitse-prezidenti, Rusiya və Xəzər regionu üzrə vitse-prezidenti Cianni Bardazzi Bakı Ali Neft Məktəbində (BANM) “Texnoloji innovasiya, biznes və liderlik” mövzusunda master-klass keçib.

1news.az-a BANM-dan verilən məlumata görə,  tədbirdə ali məktəbin rektoru Elmar Qasımov, Kinetics Tecnology şirkətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Nikolo Haylpern, Region üzrə biznes mütəxəssis Alessia Mangiapane, BANM-in artıq Kinetics Tecnology şirkətinin əməkdaşları olan məzunları, eyni zamanda şirkətdə hazırda təcrübə proqramı keçən tələbələri və Ali Məktəbin tələbə heyəti iştirak edib.

Rektor Elmar Qasımov tədbir iştirakçılarını salamlayaraq, onlara cənab Bardazzini BANM-in yaxın dostu kimi təqdim edib və Ali Məktəbin məzunlarına Maire Tecnimont Group tərəfindən verilən üstünlük və tələbələrinə yaradılan təcrübə proqramına görə Cianni Bardazziyə dərin təşəkkürünü bildirib. Rektor əminliklə qeyd edib ki, BANM-in tələbələri cənab Bardazzinin və eyni zamanda Kinetics Tecnology şirkətinin etimadını doğruldacaqlar.

Master-klassda olduqca maraqlı mövzulara toxunan cənab Bardazzi texnologiya və innovasiyanın yaranma mənbələrindən, sürətli inkişafından,  yeni ideyaların formalaşması, tətbiq olunması və biznes planlamasının aparılmasından danışıb, həmçinin nümunələrlə mövzuya aydınlıq gətirib. 

Təbii ki, BANM tələbələrinin böyük maraq bəslədiyi mövzu – Liderlik haqda danışılmaya bilməzdi. Cənab Bardazzi tələbələrə liderlik anlayışından, əsl liderin xüsusiyyətlərindən və daxili keyfiyyətlərindən söhbət açıb.

Sonda Cianni Bardazzi iştirakçıların sualları əsasında Maire Tecnimont Group-un kadr siyasəti və işə qəbul prosesinin əsas mərhələləri haqda tələbələri bilgiləndirib və Elmar Qasımova BANM-in Maire Tecnimont Group-la sıx əməkdaşlığına görə təşəkkürünü bildirib.

1news.az

 

Paylaş:
593

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilib24 / 09 / 2024, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıb24 / 09 / 2024, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub24 / 09 / 2024, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTO24 / 09 / 2024, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib24 / 09 / 2024, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcək24 / 09 / 2024, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandı24 / 09 / 2024, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər24 / 09 / 2024, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib24 / 09 / 2024, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb24 / 09 / 2024, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunur24 / 09 / 2024, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilir24 / 09 / 2024, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydı24 / 09 / 2024, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıb24 / 09 / 2024, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilib24 / 09 / 2024, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki hava24 / 09 / 2024, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edir24 / 09 / 2024, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilib24 / 09 / 2024, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olundu24 / 09 / 2024, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilib24 / 09 / 2024, 14:57
Bütün xəbərlər