Fuad Muradov: Fərid Qayıbovun UEG prezidenti postuna seçilməsi bütövlükdə Azərbaycanın uğurudur | 1news.az | Xəbərlər
Cəmiyyət

Fuad Muradov: Fərid Qayıbovun UEG prezidenti postuna seçilməsi bütövlükdə Azərbaycanın uğurudur

14:56 - 04 / 12 / 2017
Fuad Muradov: Fərid Qayıbovun UEG prezidenti postuna seçilməsi bütövlükdə Azərbaycanın uğurudur

Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının (UEG) prezidenti postuna seçilməsi bütövlükdə Azərbaycanın uğurudur. Bu, Azərbaycan dövlətinin, Azərbaycan Prezidenti cənab İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uğurudur.

Bu, Azərbaycan gəncinin və Azərbaycan idmanının uğurudur. Bu, Azərbaycanın inkişafının göstəricisidir. Bu, Azərbaycanın idmana olan yüksək münasibətidir və ölkəmizin idman siyasətinə verilən qiymətdir”.

1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının prezidenti seçilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Komitə sədri bildirib ki, ayrı-ayrı ölkələrin gimnastika federasiyalarının rəhbərlərinin Fərid Qayıbov və Azərbaycanda gimnastikanını inkişafı ilə bağlı səsləndirdikləri fikirlər çox qururvericidir:

“Qısa müddət ərzində bu sahədə əldə edilən uğurlarda Fərid Qayıbovun da böyük əməyi var. Azərbaycan Gimnastika Federasiyası ardıcıl və düşünülmüş şəkildə fəaliyyət göstərir. Heç şübhəsiz ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu federasiyaya rəhbərlik etməsi öz sözünü deyir. Bu gün yalnız ölkəmizdə deyil, dünya səviyyəsində Azərbaycan Gimnastika Federasiyası nümunə kimi göstərilir. Bu, bizi sevindirir, qürurlandırır. Bu münasibətlə başda Fərid Qayıbov olmaqla bütün Azərbaycanı, idman ictimaiyyətini, gimnastlarımızı Milli Məclisin Gənclər və İdman Komitəsi adından təbrik edirik”.

S.Xankişiyeva

 

 

Paylaş:
599

Son xəbərlər

Bütün xəbərlər