Azərbaycan səfirliyi İslamabadda illik xeyriyyə bazarında iştirak edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan səfirliyi İslamabadda illik xeyriyyə bazarında iştirak edib

17:35 - 04 / 12 / 2017
Azərbaycan səfirliyi İslamabadda illik xeyriyyə bazarında iştirak edib

Azərbaycanın Pakistandakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyi Qadınlar Assosiasiyasının İslamabad şəhərində təşkil etdiyi illik xeyriyyəçilik bazarında iştirak edib.

Səfirlikdən 1news.az-a verilən məlumata görə, 19 xarici dövlətin Pakistandakı səfirliklərinin, habelə yerli şirkətlərin iştirakı ilə keçirilən bazarda hər bir təmsil olunan ölkənin mədəni dəyərlərinə, adət-ənənələrinə, iqtisadiyyatına, turizm potensialına və digər sahələrinə dair materiallar nümayiş etdirilib.

Tədbirin ali qonağı, Pakistanın birinci xanımı Mahmudə Məmnun Hüseyn çıxışında Qadınlar Assosiasiyasının xeyriyyəçilik tədbirini qeyri-rəsmi diplomatiyanın dəstəklənməsi, həmçinin xalqlar və mədəniyyətlər arasında vəhdət və həmrəyliyin təşviq edilməsi kimi qiymətləndirib.

Pakistan XİN Qadınlar Assosiasiyasının prezidenti xanım Ayişə Haq təşkilatın imkansızlara, əlillərə, müxtəlif fəlakətlərdən ziyan çəkənlərə əl tutduğunu bildirərək, fəal iştiraka görə səfirliklərə və şirkətlərə təşəkkür edib.

Tədbirin rəsmi hissəsinin davamı olaraq “Ölkələr Paradı”nda da təmsil olunan Azərbaycan səfirliyi tərəfindən Azərbaycan bayrağı Azərbaycan milli geyimində diplomatlarımızın övladları tərəfindən səhnədə dalğalandırılıb, Azərbaycanın “Sarı gəlin” mahnısının səadaları altında Nəzrin Əlizadənin ifasında Azərbaycan milli rəqsi tamaşaçılara nümayiş etdirilib.

Azərbaycan pavilyonunda isə Azərbaycanın milli geyimləri, Azərbaycan mətbəxinin ləziz nümunələrindən qoğal, şəkərbura, tort, paxlava, qutab və sair təamlarımız, eyni zamanda Azərbaycan tarixini və mədəniyyətini təzahür etdirən milli suvenirlər, Nizami məqbərəsinin, İçəri Şəhərin, Mömünə Xatın türbəsinin, Qız Qalasının, Şəki Xan sarayının, eləcə də aşıq sənətinin, milli musiqi alətlərinin və digər mədəniyyət nümunələrimizin əks olunduğu maketlər, Azərbaycan-Pakistan əlaqələrindən, Ermənistanın Azərbaycana qarşı təcavüzündən, Azərbaycanın sosial-iqtisadi inkişafından, turizm potensialından, görkəmli şəxsiyyətlərindən və digər Azərbaycan həqiqətlərindən bəhs edən kitablar, fotoşəkillər xeyriyyə bazarına çıxarılıb.

Azərbaycan pavilyonu səfirliklər arasında zəngin təşkil olunanlardan və Azərbaycan Səfirliyi “Ölkələrən Paradında” mədəni proqramla az sayda təmsil olunan səfirliklərdən olmuşdur. Xeyriyyə bazarında iştirak edənlər Azərbaycanın təmsil olunduğu pavilyona böyük maraq göstərmiş və milli musiqimiz tədbirdə alqışlarla qarşılanmışdır.

Xeyriyyəçilik bazarında əldə olunan vəsait imkansız insanların ehtiyaclarının ödənilməsinə sərf olunan Pakistan Xarici İşlər Nazirliyi Qadınlar Assosiasiyasının fonduna təqdim edilib.

P.Sultanova

 

Paylaş:
787

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilib24 / 09 / 2024, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıb24 / 09 / 2024, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub24 / 09 / 2024, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTO24 / 09 / 2024, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib24 / 09 / 2024, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcək24 / 09 / 2024, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandı24 / 09 / 2024, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər24 / 09 / 2024, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib24 / 09 / 2024, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb24 / 09 / 2024, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunur24 / 09 / 2024, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilir24 / 09 / 2024, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydı24 / 09 / 2024, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıb24 / 09 / 2024, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilib24 / 09 / 2024, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki hava24 / 09 / 2024, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edir24 / 09 / 2024, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilib24 / 09 / 2024, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olundu24 / 09 / 2024, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilib24 / 09 / 2024, 14:57
Bütün xəbərlər