Prezident Tailand kralını təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Tailand kralını təbrik edib

18:14 - 04 / 12 / 2017
Prezident Tailand kralını təbrik edib

Prezident İlham Əliyev Tailandın kralı Maha Vaçiralonqkorna təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

“Əlahəzrət,

Tailand Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Tailand xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

1news.az

Paylaş:
730

Son xəbərlər

Bütün xəbərlər