Bakıda Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı qeyd edilib | 1news.az | Xəbərlər
Siyasət

Bakıda Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı qeyd edilib

20:32 - 04 / 12 / 2017
Bakıda Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı qeyd edilib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Milli Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib.

1news.az xəbər verir ki, qəbulda hökumət rəsmiləri, millət vəkilləri, səfirlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

İki ölkənin dövlət himnləri səsləndirildikdən sonra çıxış edən BƏƏ-nin ölkəmizdəki səfiri Mohamed Hamel Alqubaisi ölkəsinin yaranma tarixindən söz açıb.

Səfir deyib ki, ölkəsində baş verən son kabinet dəyişikliyi gənclərə, elm və millətin proqressiv gələcəyinə verilən dəyərin nümunəsidir. "Son on il ərzində elan edilmiş və həyata keçirilmiş müxtəlif plan və strategiyalar öz bəhrəsini verir. BƏƏ çox yüksək insan inkişafı, təhlükəsiz və sabitlik üzrə ən yaxşı ölkələr sırasına daxildir" deyən səfir əlavə edib ki, ölkəsi həm də dünyanın müxtəlif bölgələrinə və xalqlarına humanitar yardım edir. 

"BƏƏ ilə Azərbaycan arasında dərin tarixi olan dostluq əlaqələri mövcuddur. Səfir vurğulayıb ki, son 10 ay ərzində BƏƏ-dən Azərbaycana 100 min turist gəlib: "BƏƏ-nin Azərbaycandakı səfirliyi BƏƏ-Azərbaycan Ticarət Məclisi yaradıb. Bu il ərzində ölkələrimiz arasında ticarət indeksinin artmasına maraq göstərən təxminən 40 ticarət tərəfdaşı və şirkətin iştirakı ilə iki iclas keçirdik. Bu məclis iki ölkədəki istehsalçılara qarşılıqlı distribyutorlarnı tapmağa imkan verir".

Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Azərbaycan dövləti və xalqı adından BƏƏ dövləti və xalqını təbrik edib. O bildirib ki, BƏƏ Azərbaycanın müstəqilliyini tanıyan ilk müsəlman ölkələrindən biridir: "Hazırda əməkdaşlığımız davam edir və günü gündən möhkəmlənir. BƏƏ Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir".

Nazir müavini vurğulayıb ki, Azərbaycan qarşı tərəflə ticarət əlaqələrinin daha da inkişafında maraqlıdır. 

M.Məmməd-Quliyev turizm sahəsində əlaqələrin inkişaf etdiyini, viza rejiminin sadələşdirildiyini söyləyib.

Pərvanə Sultanova

Paylaş:
682

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər