Özbəkistanda vahid turist vizasının tətbiqinə başlanılır | 1news.az | Xəbərlər
Dünya

Özbəkistanda vahid turist vizasının tətbiqinə başlanılır

10:22 - 05 / 12 / 2017
Özbəkistanda vahid turist vizasının tətbiqinə başlanılır

Özbəkistanda xarici vətəndaşlar üçün 30 gün müddəti olan vahid turist vizasının tətbiqinə başlanılıb.

1news.az  RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə ölkənin Turizmin İnkişafı üzrə Dövlət Komitəsi məlumat açıqlayıb. 

Viza üçün tələb olunan rüsum isə  30% azaldılıb. Daha əvvəl xarici vətəndaşlara viza 7 və ya 15 gün müddətinə verilirdi.

Bu dəyişiklik ölkənin prezidentinin müvafiq fərmanı ilə  qüvvəyə minib. Turistlər fərdi şəkildə viza almaq üçün 60 deyil, 40 dollar ödəyəcəklər. Qrup şəklində turist səfərləri zamanı isə viza üçün ödəniş iki qat azaldılacaq. 

Prezident Şovkat Mirzoyev 2016-cı ilin dekabr ayının əvvəlində 27 ölkə ilə viza rejiminin ləğvinə dair fərman imzalayıb. Dahja sonra isə o, həmin qərarın qüvvəyə minməsini 2021-ci il yanvarın 1-dək təxirə salıb. 

Xatırladaq ki, ötən ilin eyni dövri ilə müqayisədə 2017-ci ilin birinci yarısında Özbəkistana səfər edən xarici turistlərin sayı 12% artaraq 51.179 minə çatıb.

P.Sultanova

Paylaş:
600

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər