Telman İsmayılova qarşı qətl ittihamı - Materiallar Baş Prokurorluğa göndərilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Telman İsmayılova qarşı qətl ittihamı - Materiallar Baş Prokurorluğa göndərilib

10:49 - 05 / 12 / 2017
Telman İsmayılova qarşı qətl ittihamı -  Materiallar Baş Prokurorluğa göndərilib

Azərbaycan əsilli məşhur biznesmen Telman İsmayılova qarşı qiyabi olaraq qətl törədilməsi ittihamı irəli sürülüb.

1news.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi bəyan edib.

İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib ki, Moskvada Çerkizov bazarının keçmiş sahibi İsmayılov 2016-cı ildə iki iş adamının öldürməsini təşkil edib. Xüsusilə mühüm işlər üzrə istintaq idarəsi tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.3 və 222. 3 maddələri üzrə ("Qətl”, " Qeyri-qanuni silah dövriyyəsi”) cinaytət işi açılıb. İstintaq hesab edir ki, Telman İsmayılov keçən il törədilmiş iki iş adamı Vladimir Savkin və Yuri Brylovun qətlini sifariş edib.

İş adamı qətli qardaşları Rafiq və Vaqif İsmayılovlarla birgə planlaşdırıb, icraçı isə Mehman Kərimov olub.

R.İsmayılov və M.Kərimov həbs edilib, Telman və Vaqif İsmayılovlar barəsində isə qiyabi həbs qərarı qəbul edilib. T.İsmayılovun İnterpol xətti ilə beynəlxalq axtarışa verilməsi üçün cinayət işinin materialları Baş Prokurorluğa göndərilib.

P.Sultanova

Paylaş:
714

Son xəbərlər

Bütün xəbərlər