Xələf Xələfov: Xəzər dənizinin statusu üzrə görüş uğurlu keçdi | 1news.az | Xəbərlər
Siyasət

Xələf Xələfov: Xəzər dənizinin statusu üzrə görüş uğurlu keçdi

17:24 - 06 / 12 / 2017
Xələf Xələfov: Xəzər dənizinin statusu üzrə görüş uğurlu keçdi

Xəzər dənizinin hüquqi statusu üzrə görüş uğurlu keçdi.

1news.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

O qeyd edib ki, görüşdəXəzərin hüquqi statusu ilə bağlı konvensiya layihəsi faktiki olaraq razılaşdırılıb:

“Lavrovun da dediyi kimi, 20 illik danışıqların uğurla başa çatdığını söyləyə bilərik. Hüquqi və texniki prosedur aparıldıqdan sonra sənəd imzalanması üçün sammitdə prezidentlərə təqdim edilə bilər”.

X.Xələfov əlavə edib ki, bir çox ölkənin məsələyə yanaşmasında zaman-zaman böyük fərqlər meydana çıxıb:

“Dövlət başçıları tərəfindən verilən impulslar nəticəsində 21 il müddətində belə bir nailiyyət əldə etmişik. Bu, daimi sənəd olacaq və ölkələrin Xəzər dənizində fəaliyyətini tənzimləyəcək. Bu konvensiya heç bir dövlətə üstünlük hüquqi vermir və bərabər davranış qaydalarını təmin edir".

1news.az

Paylaş:
534

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər