Elmar Məmmədyarovun Vyanada həmsədrlərlə görüşü başlayıb | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarovun Vyanada həmsədrlərlə görüşü başlayıb

20:22 - 06 / 12 / 2017
Elmar Məmmədyarovun Vyanada həmsədrlərlə görüşü başlayıb

Avstriyanın paytaxtı Vyanada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü başlayıb.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev “Twitter” səhifəsində yazıb. 

Danışıqlarda ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edirlər. 

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunur. H.Hacıyev qeyd edib ki, Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə Dağlıq Qarabağ münaqişəsinin tezliklə substantiv danışıqlar vasitəsilə həll olunması üçün səylərini davam etdirəcək.

1news.az

Paylaş:
615

Son xəbərlər

Bütün xəbərlər