Dünya birjalarında neftin qiyməti | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dünya birjalarında neftin qiyməti

10:23 - 07 / 12 / 2017
Dünya birjalarında neftin qiyməti

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə,

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,17 dollar bahalaşaraq 61,39 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,12 dollar artaraq 56,08 dollar təşkil edib.

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,67 dollar ucuzlaşaraq 63,92 dollar olub.

Babək Cahandarov

Paylaş:
255

Son xəbərlər

Bütün xəbərlər