Azərbaycanda istiqrazların satışından yaranan fərq vergitutma obyekti olacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda istiqrazların satışından yaranan fərq vergitutma obyekti olacaq

1news Lab16:02 - Bu gün
Azərbaycanda istiqrazların satışından yaranan fərq vergitutma obyekti olacaq

Azərbaycanda istiqrazın satışından əldə edilən gəlirlə onun alış qiyməti, eləcə də bu əməliyyatla bağlı çəkilən xərclər, o cümlədən tutulan komissiya haqları arasındakı fərq istiqrazların təqdim edilməsi üzrə vergitutma obyekti olacaq.

"Report" xəbər verir ki, müvafiq müddəa 2027-ci ilin büdcə zərfinə daxil olan Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

10 noyabr 2026-cı il tarixinə olan məlumata görə, yalnız kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlərin Azərbaycan ərazisində, eləcə də ölkə hüdudlarından kənarda fond birjasında təqdim edilməsi üzrə səhmin satış dəyəri ilə alış dəyəri və çəkilən digər xərclər arasındakı fərq vergitutma obyektidir.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər