“Grand Hospital”da əməliyyat olunan 20 yaşlıq qız öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

“Grand Hospital”da əməliyyat olunan 20 yaşlıq qız öldü

12:46 - 07 / 12 / 2017
“Grand Hospital”da əməliyyat olunan 20 yaşlıq qız öldü

“Grand Hospital” tibb mərkəzində keçirilmiş əməliyyat nəticəsində 20 yaşlı qızın ölməsi faktına görə cinayət işi açılıb.

Bu barədə 1news.az-a Bakı şəhər prokurorluğundan məlumat veriblər.

Məlumata görə, noyabrın 30-da paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Grand Hospital” tibb mərkəzində 1997-ci il təvəllüdlü Mirzəyeva Ayşən Müşviq qızı üzərində keçirilmiş əməliyyatdan sonra vəziyyəti ağırlaşaraq koma vəziyyətinə düşüb və dekabrın 5-də vəfat edib.

Bununla bağlı daxil olmuş məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

A.Mirzəyevanın ölümünün səbəbinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertiza təyin edilib.

Hazırda iş üzrə Səhiyyə Nazirliyinin yüksək ixtisaslı mütəxəssislərinin iştirakı ilə müvafiq araşdırmalar davam etdirilir.

1news.az

Paylaş:
895

Son xəbərlər

Bütün xəbərlər