Cocuq Mərcanlı məscidinin dini icması dövlət qeydiyyatına alınıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Cocuq Mərcanlı məscidinin dini icması dövlət qeydiyyatına alınıb - FOTO

17:14 - 08 / 12 / 2017
Cocuq Mərcanlı məscidinin dini icması dövlət qeydiyyatına alınıb - FOTO

Dekabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş Cocuq Mərcanlı dini icmasına şəhadətnamə təqdim edilib.

1news.az-ın məlumatına görə, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı erməni işğalçılarına qarşı cəbhənin ön səngəri olan Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı dövlət səviyyəsində həyata keçirilən tədbirlər barədə danışaraq, Prezident İlham Əliyevin tapşırığına əsasən kənddə Şuşa məscidinin bənzəri olan məscidin inşasının ictimai, siyasi, mənəvi və ideoloji baxımdan böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.

Dövlət Komitəsinin sədri Prezident İlham Əliyevin ölkədə milli-mənəvi dəyərlərin qorunub saxlanılması, tarixi-mədəni və dini ibadətgahların yenidən qurulmasına, inşasına böyük əhəmiyyət verdiyini vurğulayaraq, ölkəmizdə nümunəvi dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən siyasət nəticəsində hazırda 783 dini icmanın dövlət qeydiyyatından keçdiyini, onların fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını, mütəmadi olaraq maddi dəstək göstərildiyini bildirib.

Söhbət zamanı Cocuq Mərcanlı məscidinin tikilməsinin, eyni zamanda, 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsinə dəyərli töhfə olduğu xüsusi olaraq qeyd olunub.

Cocuq Mərcanlı məscidi dini icmasının sədri Elman Piriyev Azərbaycan və Şərq memarlığının nadir incilərindən sayılan tarixi Şuşa məscidinin bənzəri olan dini ibadətgahda dindarlar üçün hər cür şəraitin mövcud olduğunu bildirib. İcma sədri dini sahəyə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə bütün Cocuq Mərcanlı sakinləri adından bir daha təşəkkür edib.

Sonda Cocuq Mərcanlı məscidi dini icmasının sədrinə Dövlət Komitəsinin nəşri olan dini maarifləndirici kitablar hədiyyə edilib.

1news.az

Paylaş:
720

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilib24 / 09 / 2024, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıb24 / 09 / 2024, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub24 / 09 / 2024, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTO24 / 09 / 2024, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib24 / 09 / 2024, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcək24 / 09 / 2024, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandı24 / 09 / 2024, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər24 / 09 / 2024, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib24 / 09 / 2024, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb24 / 09 / 2024, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunur24 / 09 / 2024, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilir24 / 09 / 2024, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydı24 / 09 / 2024, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıb24 / 09 / 2024, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilib24 / 09 / 2024, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki hava24 / 09 / 2024, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edir24 / 09 / 2024, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilib24 / 09 / 2024, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olundu24 / 09 / 2024, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilib24 / 09 / 2024, 14:57
Bütün xəbərlər