Nazir müavini: Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji vəziyyət təhlükədədir | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir müavini: Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji vəziyyət təhlükədədir

11:25 - 08 / 12 / 2017
Nazir müavini: Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji vəziyyət təhlükədədir

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyevin başçılıq etdiyi nümayəndə heyəti  4-6 dekabr tarixlərində Keniyanın Nayrobi şəhərində keçirilmiş BMT-nin Ətraf Mühit üzrə 3-cü Assambleyasında iştirak edib.

1news.az-a ölkəmizin Efiopiyadakı səfirliyindən verilən məlumata görə, Assambleyada çıxış edən nazir müavini F.Əliyev tədbir iştirakçılarına son illər ərzində Azərbaycanın ətraf mühitin mühafizəsi sahəsində əldə etdiyi uğurlarından bəhs edərək, ölkəmizdə bu istiqamətdə həyata keçirilən fəaliyyətlər, o cümlədən su ehtiyatlarının və təhlükəli tullantıların səmərəli idarə olunması, meşəsalma tədbirləri, xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi, milli monitorinq və hidrometeorologiya sisteminin modernləşdirilməsi barədə geniş auditoriyaya məlumat verib.

Nazir müavini Ermənistanın Azərbaycan torpaqlarının 20% işğal etdiyini və bunun nəticəsində həm Cənubi Qafqaz regionunda, həm də ölkəmizin işğal olunmuş ərazilərində  ekoloji vəziyyətin təhlükə altında olduğunu, eləcə də BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində nəzərdə tutulmuş hədəflərə çatmaq üçün davamlı inkişaf gündəliyində duran məsələlərin həllində əngəllər yaratdığını görüş iştirakçılarının diqqətinə çatdırıb.

Assambleya çərçivəsində nazir müavini F.Əliyev BMT-nin Ətraf Mühit Assambleyasının yeni seçilmiş sədri, Estoniya Republikasının Ətraf Mühit naziri Siim Kiisler ilə görüşərək,ona səmimi təbriklərini çatdırıb və bu məsuliyyətli vəzifədə uğurlar arzulayıb. Daha sonra gündəlikdə duran cari ekoloji məsələlərə dair fikir mübadiləsi aparılıb, Azərbaycan Respublikası ilə Estoniya Respublikası arasında ətraf mühitin mühafizəsi sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi və bu sahədə hüquq-müqavilə bazasının yaradılmasının vacibliyi qeyd olunub.

Tədbir zamanı nazir müavini F.Əliyev həmçinin Litva Respubılikasının Ətraf Mühit Naziri Kestutis Navickas ilə görüşü zamanı ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib.

Assambleyada iştirak çərçivəsində BMT-nin Ətraf Mühit üzrə Proqramının İcraçı direktoru Erik Solheym ilə keçirilən görüşdə belə mötəbər tədbirin təşkilinə, habelə Assambleyanın hazırlıq mərhələsində konstruktiv dialoq və səmərəli əməkdaşlığa görə minnətdarlıq bildirilib və tərəflər arasında səfərlər mübadiləsinin vacibliyi qeyd olunub.

P.Sultanova

Paylaş:
762

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilib24 / 09 / 2024, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıb24 / 09 / 2024, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub24 / 09 / 2024, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTO24 / 09 / 2024, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib24 / 09 / 2024, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcək24 / 09 / 2024, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandı24 / 09 / 2024, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər24 / 09 / 2024, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib24 / 09 / 2024, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb24 / 09 / 2024, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunur24 / 09 / 2024, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilir24 / 09 / 2024, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydı24 / 09 / 2024, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıb24 / 09 / 2024, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilib24 / 09 / 2024, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki hava24 / 09 / 2024, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edir24 / 09 / 2024, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilib24 / 09 / 2024, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olundu24 / 09 / 2024, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilib24 / 09 / 2024, 14:57
Bütün xəbərlər