Mübariz Əhmədoğlu: BTQ-nin işə düşməsi erməni mühitində ciddi müzakirə obyekti oldu | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: BTQ-nin işə düşməsi erməni mühitində ciddi müzakirə obyekti oldu

12:12 - 08 / 12 / 2017
Mübariz Əhmədoğlu: BTQ-nin işə düşməsi erməni mühitində ciddi müzakirə obyekti oldu

Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi rəsmi Yerevan da daxil olmaqla erməni mühitində ciddi müzakirə obyekti oldu.

1news.az xəbər verir ki, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq  Mübariz Əhmədoğlu deyib.

O bildirib ki, bir sıra ekspertlər bununla bağlı müxtəlif fikirlər səsləndiriblər. Politoloq həmin ekspertlərin fikirlərindən sitatlar gətirib:

ı. “Bakı-Tbilisi-Qars böyük Turanın formalaşmasının başlanğıcıdır”:- İrakli Çxeidze.

ıı. “BTQ antiRusiya siyasi proqramın bir şaxəsidir”:- İsmayıl Şabanov Rusiyanın talış diasporunun rəhbəri.

ııı. “BTQ təkcə Ermənistan üçün deyil, həm də Rusiya üçün hədədir”:- K.Zatulin RF Dövlət Dumasının deputatı, stajlı ermənipərəst.

ıv. “Lazurit koridoru (BTQ-nin Türkmənistan və Əfqanıstan qoşulmuş variantı) Bakı və Ankaranın piar aksiyasından başqa bir şey deyil. Amma Ermənistan öz nəqliyyat-tranzit layihələrini reallaşdırmaqda tələsməlidir”:-Conni Melikyan, Ermənistan dövlət idarəçilik akademiyasının əməkdaşı, gürcü məsələləri üzrə ekspert.

 v. “BTQ ziddiyyətli xarakterə malikdir. Haçansa bu böyük İpək Yoluna inteqrə olunacaq”:- Stanislav Tarasov, Regnum İA rəhbərlərindən biri, Yaxın Şərq və Qafqaz məsələləri üzrə ekspert.

vı. “İran-Ermənistan-Gürcüstan-Rusiya dəmir yolu BTQ-yə alternativ olduğu üçün Çinin marağındadır. Ona görə biz Çinlə əməkdaşlıq edib öz dəmir yolumuzu tikməliyik”:- Tatul Manaseryan, “Alternativ” tədqiqat mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru.

vıı. “Vaxtilə prezident R.Köçəryan hamını inandırmışdı ki, BTQ dəmir yolunun tikintisi heç vaxt başlamayacaq”:-168 saat qəzeti.

vııı. Əgər bu (BTQ) biznesmenlərə sərfəli olacaqsa bundan istifadə edəcəyik. Sərfəli olmayacaqsa istifadə etməyəcəyik”:- Ermənistanın baş naziri K.Karapetyan ölkəsinin BTQ-yə qoşulmasını belə asan və soyuqqanlı izah etdi. Guya Dağlıq Qarabağ problemi yoxdur.

ıx. “BTQ-nin Ermənistanın blokadasını gücləndirəcəyini düşünmürəm:”-Arnold Stepanyan, “Çoxmillətli Gürcüstan” təşəbbüsünün rəhbəri.

x. “BTQ Ermənistan ətrafında Türkiyə-Azərbaycan həlqəsidir. Strateji baxımdan Ermənistan üçün ciddi təhlükə yarada bilər. Bu Cavaxetiya regionuna Türkiyə-Azərbaycan işçi qüvvəsini gətirəcəkdir. Ermənistan prezidenti Gürcüstanın Cavaxetiya regionuna səfər etməlidir”: - 1 in.amsaytı.

xı. “BTQ Rusiya və İrana qarşı yönəlib. Lakin Ermənistanın manevr üçün imkanları var”:-Vardan Voskanyan, şərqşünas, iranşünas.

1news.az

Paylaş:
666

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər