Gələn ilin qeyri-iş günləri açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gələn ilin qeyri-iş günləri açıqlanıb

13:52 - 09 / 12 / 2017
Gələn ilin qeyri-iş günləri açıqlanıb

Nazirlər Kabineti 2018-ci ilin Novruz, Ramazan və Qurban bayramları ilə əlaqədar olaraq qeyri-iş günlərinin vaxtını açıqlayıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə qərarı Baş nazir Artur Rasizadə imzalayıb.

Qərarda bildirilir ki, 2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli fərmanının 2-ci hissəsinə əsasən 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 15, 16 iyun Ramazan bayramı, 22, 23 avqust Qurban bayramıdır.

Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.

S.Xankişiyeva

 

Paylaş:
7145

Son xəbərlər

Bütün xəbərlər