Sabirabadda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabirabadda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb – FOTO

16:34 - 09 / 12 / 2017
Sabirabadda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb – FOTO

Sabirabadda ümummilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümünə həsr olunan anım mərasimi keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə əvvəlcə dahi liderin həyat və fəaliyyətindən, Sabirabada səfərlərindən bəhs edən fotoşəkil və sənədlərlə tanışlıq olub.

Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı, böyük istedadı ilə fərqlənən Heydər Əliyevin hələ sağlığında canlı əfsanəyə çevrildiyini bildirib, şah əsəri olan müstəqil Azərbaycanı dünyada şərəf və ləyaqətlə təmsil etdiyini vurğulayıb.

Çıxışlarda Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə ölkəmizin tərəqqisi, dövlətçiliyimizin möhkəmləndirilməsi, ordu quruculuğu, milli kadr hazırlığı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, milli mənəvi dəyərlərimizin təbliği və qorunması sahəsində görülən işlərdən bəhs olunub. Bildirilib ki, Ümummilli Liderin təməlini qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılır, Azərbaycan yeni zəfərlərə doğru inamla addımlayır.

Sonda Heydər Əliyevin zəngin həyatı və siyasi fəaliyyətinə həsr olunan sənədli film nümayiş etdirilib.

S.Xankişiyeva

Paylaş:
1035

Son xəbərlər

Bütün xəbərlər