“İçərişəhər” İdarəsi Nazirlər Kabinetinin tabeliyindən çıxarıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

“İçərişəhər” İdarəsi Nazirlər Kabinetinin tabeliyindən çıxarıldı

12:35 - 09 / 12 / 2017
“İçərişəhər” İdarəsi Nazirlər Kabinetinin tabeliyindən çıxarıldı

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Nazirlər Kabinetinin tabeliyindən çıxarılıb.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bununla bağı “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” qərarda dəyişikliklər edilib.

Dəyişikliklərə əsasən, bu qərarın 1-3-cü hissələrində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin qarşısında yazılmış “Nazirlər Kabineti yanında” sözləri çıxarılıb.

Bununla yanaşı, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun xüsusi rejimi haqqında Əsasnamə”yə dəyişiklik edilib. Bu dəyişikliyiə əsasən də «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin qarşısındakı “Nazirlər Kabineti yanında” sözləri çıxarılıb. Qoruq əvvəllər olduğu kimi yenə də İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən idarə ediləcək.

S.Xankişiyeva

 

Paylaş:
914

Son xəbərlər

Bütün xəbərlər