Hüseyn Bağırov 8 rayonun sakinləri ilə görüşəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Hüseyn Bağırov 8 rayonun sakinləri ilə görüşəcək

20:57 - 12 / 12 / 2017
Hüseyn Bağırov 8 rayonun sakinləri ilə görüşəcək

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov dekabrın 21-də Yevlax şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Nizami prospekti 61) vətəndaş qəbulu keçirəcək.

1news.az-ın məlumatına görə, saat 10:00-da başlayacaq qəbulda Yevlaxla yanaşı Mingəçevir, Ağdaş, Goranboy, Naftalan, Qəbələ, Oğuz və İsmayıllı rayonlarında yaşayan vətəndaşlar iştirak edəcəklər.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Yevlax Meşə Mühafizəsi və Bərpası Müəssisəsi (ünvan: Nizami prospekti 11) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 050-420-57-08, 055-414-62-97, 022-336-04-88) xahiş olunur.

1news.az

Paylaş:
542

Son xəbərlər

Bütün xəbərlər