İt pirotexniki vasitə və fişənglərin ölkəyə gətirilməsinə mane oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

İt pirotexniki vasitə və fişənglərin ölkəyə gətirilməsinə mane oldu

17:29 - 13 / 12 / 2017
İt pirotexniki vasitə və fişənglərin ölkəyə gətirilməsinə mane oldu

Xeyli miqdarda pirotexniki vasitə və fişənglərin ölkəyə gətirilməsinin qarşısı alınıb.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.

Kinoloji xidmət iti tətbiq edilməklə keçirilən gömrük baxışı zamanı, xidməti itin reaksiyası nəticəsində, maşının yanacaq çənində 8 qutu pirotexniki vasitə və 142 ədəd fişəng aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
550

Son xəbərlər

Bütün xəbərlər