Assambleya Financial Times qəzetinə etiraz məktubu göndərib | 1news.az | Xəbərlər
Siyasət

Assambleya Financial Times qəzetinə etiraz məktubu göndərib

10:18 - 26 / 12 / 2017
Assambleya Financial Times qəzetinə etiraz məktubu göndərib

Dünya Azərbaycanlıları Assambleyası “The Financial Times” (FT) nəşrində “Avropa Şurası insan haqlarından imtina edir?” başlıqlı məqalə ilə bağlı qəzet rəhbərliyinə etiraz məktubu ünvanlanıb.

1news.az-a Dünya Azərbaycanlıları Assambleyasından verilən xəbərə görə, müraciətdə bildirilir

“19.12.2017 tarixində  mətbu orqanınızda Azərbaycan əleyhinə gedən "Avropa Şurası insan haqlarından imtina edir?” məqaləsini həm qərəzli, həm də son illər güclənən Avropa Azərbaycan münasibətlərinin ruhuna zidd hesab edirik. Məqalə hazırlanarkən mətbuatın şəffaflığı və obyektivliyi prinsiplərinə əməl olunmadığını, qərəzə xidmət etdiyini hesab edirik. Təklifimiz budur ki, insan haqlarından yazarkən XXI əsrin texniki imkanlarının yüksək inkişaf dövründə olduğu bir dövrdə Afrikada su, qida çatışmazlığından dünyanın gözləri önündə dünyasını dəyişən insanlar və onları bu duruma salan səbəblər haqqında yazmağı unutmamalıyıq.

Hansı ki, dünyanın iqtisadi gücləri və demokratik dəyərlərə sahib çıxmaqda iddia olunan dövlətləri bu məsələni çox qısa zamanda həll etmək iqtidarındadır. Sadəcə bir ildə dünyanın super güclərinin silahlanmaya xərclədikləri maliyyənin bir hissəsini bu ölkələrə yönəltməklə minlərcə insanı aclıqdan və susuzluqdan qurtarmaq mümkün olardı. Bugün Avropa Şurası və bir çox beynəlxalq birliklərin üzvü kimi qəbul etdikləri, müəyyən imtiyazlar tanıdıqları, bir rejim var. Bu rejim işğalçılıq və etnik təmizləmə siyasəti aparan, eyni zamanda qəddarlığının miqyasına tarixdə az rast gəlinən Azərbaycanın Xocalı bölgəsindəki soyqrımın birbaşa təşkilatçısıdır.

Bu gün görürük ki, işğalçı rejimlə, sivil və sülhü müdafiə edən ölkələr arasında heç bir fərq qoyulmur. Bu rejim bugün Ermənistanda hakimiyyətdə olan Sarkisyan rejimidir. Minlərlə ölüdürülən insanların haqqı, doğma yurdlarından didərgin salınan milyonlarla Azərbaycanlının haqqı necə olsun? Beynəlxalq qurumların və BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağı işğalçı Ermənistan ordusunun tərk etməsi ilə bağlı qətnamələrinin icra edilməməsinin beynəlxalq hüququn pozulması deyilmi? Buyurun sizə insan haqlar, buyurun bu da demokratik dünyanın insan haqlarına münasibəti. İşğalçı qınanmaq əvəzinə bu birliklərə qəbul edənlərin vicdanlarını kim sorğulayacaq?. Bu gün hamımız şahidiyik ki, Suriya münaqişəsi zamanı minlərlə sivil insan koalisiya qüvvələrinin “təsadüfi”, yaxud yalnışlıqla (hər halda mətbuatda rəsmi açıqlamalar yalnışlıqla olunduğu deyilir və ya belə iddia olunur) atdığı bombaların qurbanı olublar.

Yalnışlıqla günahsız uşaqların məktəblərini bombalamaq sonra bir üzr istəməklə insan haqlarının qorunduğunumu hesab edirsiniz? Bütün bu faktlardan sonra hesab edirik ki, Azərbaycanla bağlı irəli sürülən iddialar subyektiv xarakter daşıyır, obyektivlilik prinsipindən uzaq, qərəzli və müəyyən  anti-Azərbaycan dairələrin maraqlarına xidmət etməkdədir”.

S.Xankişiyeva

Paylaş:
696

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər