Neft ucuzlaşmaqda davam edir
Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,70 dollar ucuzlaşaraq 68,61 dollar olub.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti isə 0,78 dollar azalaraq 63,17 dollar təşkil edib.
Azərbaycan neftinə gəlincə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,08 dollar ucuzlaşaraq 70,85 dollar olub.
1news.az
347