Azərbaycan Dünya İqtisadi Forumunun indeksində inkişaf etməkdə olan ölkələr arasında 3-cü yeri tutub
Azərbaycan Dünya İqtisadi Forumunun illik “İnklüziv inkişaf indeksi - 2018” hesabatında inkişaf etməkdə olan ölkələr arasında üçüncü yeri tutub.
1news.az xəbər verir ki, ümumi daxili məhsula alternativ qismində hazırlanmış “İnklüziv inkişaf indeksi” insanların öz ölkələrində iqtisadi inkişafı dəyərləndirmə meyarlarını daha dəqiq əks etdirir.
Qeyd edək ki, cari hesabatda Azərbaycan 7 mümkün baldan 4,69 bal toplayıb.
Hesabata əsasən, inkişaf etməkdə olan ölkələr indeksində Litva, Macarıstan, Azərbaycan, inkişaf etmiş ölkələr indeksində isə Norveç, İslandiya və Lüksemburq liderlik edirlər.
1news.az
871