Ləğv prosesində olan 6 bankın 40 əmlakı ilk dəfə hərraca çıxarılıb
Ləğv prosesində olan 6 bankın 40 əmlakı ilk dəfə hərraca çıxarılıb.
Əmanətlərin Sığortalanması Fondu (ADIF) Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan 5 bankın balansında olan əmlakı satışa çıxarır.
ADİF-dən 1news.az-a bildiriblər ki, 39 lot üzrə daşınar və daşınmaz əmlak ilk dəfə hərraca çıxarılır, 15 lot üzrə daşınar və daşınmaz əmlak isə təkrar hərraca çıxarılır.
Ləğv prosesində olan "Bank Standard" QSC-nin balansında olan 1 ədəd "Daewoo Nexia", 3 ədəd "Mitsubishi Lancer", 6 ədəd "Toyota Corolla", 1 ədəd "Toyota Avalon" markalı minik avtomobilləri və 2 ədəd bankomat təkrar hərraca, 2 ədəd VAZ-213100, 2 ədəd "Toyota Camry", 2 ədəd "Lexus LX-570", 1 ədəd "Mercedes Benz CLS 63 AMG", 1 ədəd "Mercedes Benz GL500", 1 ədəd "Mercedes Benz S500i", 1 ədəd "Jeep Grand Cherokee", 1 ədəd "Mitsubishi Outlander", 2 ədəd "Ford Transit Connect" markalı avtomobillər və 4 ədəd bankomat isə ilk dəfə hərraca çıxarılır.
Eyni zamanda, "Royalbank" ASC-nin balansında olan 1 mənzil, 2 ev və 1 qeyri-yaşayış sahəsi, "Zaminbank" ASC-nin balansında olan 1 ədəd "Ford Transit Connect" markalı avtomobil, "Qafqaz İnkişaf Bankı" ASC-nin balansında olan 1 ədəd "Mercedes Benz S350" markalı avtomobil ilk dəfə, "Kredobank" ASC-nin balansında olan 1 qeyri-yaşayış sahəsi təkrar, 2 qeyri-yaşayış sahəsi, 1 ədəd QAZ-3110, 1 ədəd "Toyota Camry" və 1 ədəd "Toyota Land Cruser" markalı avtomobillər ilk dəfə, "Texnikabank" ASC-nin balansında olan bağ evi təkrar, 2 ədəd bankomat, 7 qeyri-yaşayış sahəsi və bir lot üzrə 3 torpaq sahəsi isə ilk dəfə hərraca çıxarılır.
Hərrac açıq formada Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasında, Bakı şəhəri, İ.Hidayətzadə küç, 156 (20A) 1933-cü məhəllə ünvanında keçiriləcək.
Ləğv prosesində olan "Texnikabank" ASC-nin balansında olan bağ evinin satışı üzrə hərrac fevralın 12-də, ikinci dəfə satışa çıxarılan digər əmlaklar üzrə təkrar hərrac fevralın 19-da, ilk dəfə satışa çıxarılan əmlaklar üzrə isə hərrac fevralın 26-da baş tutacaq.
1news.az