Ekspert avronun güclənməsinin səbəblərini açıqlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ekspert avronun güclənməsinin səbəblərini açıqlayıb

10:58 - 25 / 01 / 2018
Ekspert avronun güclənməsinin səbəblərini açıqlayıb

Mərkəzi Bankın rəsmi kursuna əsasən, son bir ayda dollara nisbətən stabil qalan manat avro qarşısında 5 faizə yaxın dəyər itirib. Bu gün ilk dəfə olaraq manatın avroya nisbətən məzənnəsi 2.11-dək azalıb.

1news.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov  bildirib. O qeyd edib ki,  indi 1 avro almaq üçün 2 manat 11 qəpik ödəmək lazımdır:

“Manatın avroya birbaşa deyil, çarpaz məzənnəsi müəyyənləşdirildiyi üçün Avropa valyutasının dollara nisbətən möhkəmlənməsi birbaşa manatın avro qarşısında dəyər itirməsinə gətirib çıxarır. Artıq dünya bazarında  1 avro almaq üçün 1.24 dollar ödəmək lazımdır. Avrozonada iqtisadi göstəricilərin yaxşılaşması, Almaniyada yeni hökumət böhranın səngiməsi və eləcə də dolların son günlər əksər dönərli valyutalara nisbətən dəyər itirməsi avronun güclənməsinə səbəb olub”.

1news.az

Paylaş:
779

Son xəbərlər

Bütün xəbərlər