Amulsarın qızılı: Cənubi Qafqazda ekoloji çöküntü qarşılığında erməni elitasının zənginləşdirilməsi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Amulsarın qızılı: Cənubi Qafqazda ekoloji çöküntü qarşılığında erməni elitasının zənginləşdirilməsi – FOTO

14:49 - 27 / 01 / 2018
Amulsarın qızılı: Cənubi Qafqazda ekoloji çöküntü qarşılığında erməni elitasının zənginləşdirilməsi – FOTO

Ermənistanın cənubunda yerləşən Amulsar qızıl yatağının istismarı məsələsi erməni mətbuatının gündəmindən düşmür: yatağın işlənməsi tarixi yaxınlaşdıqca ekoloqların və layihə əleyhdarlarının da səsi daha gur çıxmağa başlayır.

Ermənistan hakimiyyəti Amulsar yatağının ölkə xəzinəsinə milyonlarla dollar gəlir gətirəcəyinə və dağ-mədən sənayesinin inkişafına töhfə verəcəyini düşünürsə, ekoloqlar yaxınlıqda yerləşən çayların çirklənməsi və Cənubi Qafqazın ekoloji mirvarisi sayılan Sevan (Göyçə-red.) gölünün oksidləşməsi təhlükəsi ilə əlaqədar həyəcan təbili çalırlar.

Təmiz qızıl ehtiyatına görə ölkənin ikinci yatağı olan Amulsar yatağı eyniadlı dağda, 3 min metr yüksəklikdə, Arpa və Vorotan çaylarının vadisində,  kurort şəhəri olan Cermukdan 13 km aralıda yerləşir. Geoloqların sözlərinə görə, yataqda təxminən 31 milyon ton qiymətli filiz və 40 ton təmiz qızıl var.

Mədənin tikintisinə 2016-cı ilin payızında başlanılıb, 2018-ci ildə isə burada qızıl hasilatına başlamaq planlaşdırılır. Layihə 325 milyon dollar məbləğində investisiya yatırmaqla bağlı öhdəlik götürən Britaniyanın “Lydian International” şirkəti tərəfindən hazırlanıb.

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) layihədə maliyyə tərəfdaşı kimi iştirak edirlər. Bunun nəticəsində investisiyaların həcmi 460-480 milyon dollara çatacaq. Bu layihə bu günə qədər  Ermənistanda reallaşdırılan ən böyük beynəlxalq investisiya layihəsidir.

Layihəni həyata keçirən şirkət əmin edir ki, bütün işlər beynəlxalq standartlara ciddi riayət edilməklə həyata keçiriləcək, bütün risklər isə tam idarə olunandır, yəni operatorun nəzarəti altındadır.

Hökumət narahatlıq üçün heç bir səbəb görmür. 2016-cı ildə Amulsar yatağının inşasının açılış mərasimində iştirak etmiş Ermənistanın sabiq baş naziri Ovik Abramyan deyib: “Biz uzun bir yol qət etdik, obyektiv və subyektiv çətinliklərimiz oldu. Amma tikintinin başlaması vacibdir və mən hökumət başçısı kimi buna şadam”.

Mitinqlər də daxil olmaqla Amulsar qızıl yatağının istismara başlanmasına qarşı bütün çoxsaylı çıxışlar hakimiyyət tərəfindən tamamilə gözardı edildi.

Fotoda: Amulsar yatağının istismarına qarşı etiraz aksiyaları, 2016-cı il.

Lakin məsələ ilə bağlı geoloqlar, ekoloqlar və digər sahələrin mütəxxəsisləri operator-şirkətin ilkin tədqiqatların çox detallarını gizlətdiyini, eləcə də qarşıdakı işlər zamanı irihəcmli ekoloji fəsadlar yaranacağını hesab edirlər.

Ermənistan Elmlər Akademiyasının Ekoloji Tədqiqatlar Mərkəzinin rəhbəri, geologiya elmlər doktoru Armen Saqatelyan hesab edir ki, şirkətin 450 səhifəlik hesabatı cəmiyyətin diqqətini sadəcə olaraq yayındırdaqdır:

“Bunula yanaşı bu cür risklər mövcuddur. Onlar bunu çox yaxşı bilir. Sadəcə olaraq həmin risklər barədə danışmaq istəmirlər. Amulsar sulfit yatağıdır ki, burada iri həcmdə kükürd də var. Yataq açılan zaman bütün səth suları və çöküntülər dərhal qaya qatlarına daxil olaraq çay şəbəkəsində qarışacaq. Bu, idarəolunmaz riskdir”.

Həmçinin o, qeyd edir ki, təbiət ağır metallardan təmizlənmə mexanizminə malik deyil:

“Bu cür toksiki məhsullarla qidalanma on illər sonra özünü onkoloji xəstəlik, eləcə də reproduktiv funksiyanın pozulması ilə büruzə verir. Ağır metallar hamilə qadınlarda dölə təsir edir, kanserogenlər isə xərcəng xəstəliyi yaradır. Bu problem demək olar ki, Ermənistanın bir çox rayonlarında mövcuddur. Bu, həll olunmadan Amulsar yatağı kimi yeni problem də yaradılır”.

Qida Zəncirinin Risklərin İdarəolunması Mərkəzinin rəhbəri David Pipoyan Amulsar qızıl yatağının işlənməsilə bağlı qeyd edib ki, əsas problem torpaqda, suda tez həll olunaraq buxarlana sianiddə görür:

“Amulsar ərazisi hərtərəfli araşdırıdıqdan sonra yatağın istismara verilməsi zamanı bu regionun kənd təssərrüfatının məruz qalacağı dəyişiklik anlaşıla bilər. Lakin bu cür araşdırmalar aparılmır. Çox güman ki, aparılmayacaq da. Belə ki, bu məsələ ilə bağlı nə dövlət, nə də operator-şirkət maraqlı deyil”.  

Fotoda: Ermənistan Sevan gölü

Ekoloqlar Amulsar yatağının istismara verilməsindən sonra yerli çaylar, su anbarı və Sevan gölünün çirklənməsi, Cermuk şəhərinin isə istirahət ərazidən mədənə çevriləcəyindən qorxurlar.

2016-cı ilin oktyabrında Cermuk şəhərinin sakinləri və ekoloqlar hətta Ermənistan hökumət binasının qarşısında Amulsar yatağının istimara verilməsinə qarşı etiraz aksiyaları da keçiriblər.

“Məlumatlarımıza əsasən, istimarla məşğul olan şirkət mədənçilərin qalması üçün sanatoriya binasını icarəyə götürüblər. Axı istirahət və sağlamlıq şəhəri bir, mədən şəhəri isə başqa məsələdir”, - təbiət müdafiəçisi Apres Zaqrobyan bildirib.

Amulsar yatağı istismara verilərsə Cermuk şəhəri ilə yanaşı, regionun Arpa və Vorotan çayları, Keçut və Spandaryan su anbalar, ən başlıcası isə Sevan gölü də ciddi ziyan çəkə bilər.

Bir sıra erməni ekoloqlar hesab edir ki, Amulsarın istismara verilməsi nəinki bu ərazilər və burada yaşayan insanlar üçün, eləcə də respublikamiqyaslı, bəlkə də region xarakterli risklər yarada bilər.

Fotoda: Ermənistan, Cermuk istirahət şəhəri

“Yaşıl Ermənistan Birliyi” ictimai birliyinin sədri Akop Sanasaryanın sözlərinə görə, ehtimal var ki, Amulsar yatağında qızıl və gümüşdən başqa, alüminum, uran və toriumla da zəngindir. Bununla da, sifarişçi-şirkət bəyan etdiyindən də artıq mənfəət əldə edəcək:

Açıq mənbələrdən əldə edilən məlumatlara əsasən, amulsar yatağının istismara verilməsində Ermənistan hökumətinin, xüsusən də Serj Sarkisyanın böyük marağı var.

Həmçinin Ermənstanın İngiltərədəki səfir, bu ilin martında prezident seçkilərinə Serj Sarkisyan tərəfindən namizədliyi irəli sürülən Armen Sarkisyan Qərb elitasında geniş əhatəyə və iri biznes-imperiyaya sahib olması faktından da mühakimə yürütmək olar.

O, Lydian International şirkətinin Direktorlar Şurasının üzvüdür. 2013-cü ilin mayında Armen Sarkisyan şahzadə Çarlzı Ermənistana səfəri zamanı müşaiyət edib. Bu səfəri Amulsar layihəsi məsələsində Lydian International şikərtinin fəaliyyəti ilə bağlı lobbiləşdirməklə əlaqələndirirlər.

Həmçinin Armen Sarkisyan Qazaxıstan, Özbəkistan, Çin, Rusiya, Hindistan və Monqolustanda 15-dən çox sənaye sahələri olan Knightsbridge Group şirkətinin də təsisçisidir.

2000-ci ildən Eurasia House International təşkilatının təsisçisi və prezidentidir. Müxtəlif illərdə British Petrօleum, Alcatel, Telefonica və digər şirkətlərdə müşavir olaraq çıxış edib.

Fotoda: Ermənstanın İngiltərədəki səfiri Armen Sarkisyan

Amulsar qzıl yatağının istismarı Cənubi Qafqazın eklogiyasına ziyan verən ilk erməni layihəsi deyil. Belə təhlükəli layihələrdən biri də Metsamor Atom Elektrik Stansiyasıdır (AES). Stansiya ölkəyə istifadə etdiyi enerjinin 40%-ni verir. İstismarı 2010-cu ildə bitən AES-in bağlanması ilə bağlı bir sıra azərbaycanlı və xarici mütəxxəsislər fikirlərini bildiriblər.

Avropa İttifaqı dəfələrlə Metsamor AES-in bağlanmasına çağırlar edib. Ötən ilin noyabrında Aİ ilə Ermənistanın tərəfdaşlıq və əməkdaşlıqla bağlı yenilənmiş razılaşmasında Metsamor AES-in bağlanması və Ermənistanın yenilənmiş enerji mənbələrinə keçidlə bağlı aydın qeyd olunur.

Həmçinin Ermənistan 25 ildir ki, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən Sərsəng su anbarını qəsdən çirkləndirir.

Ötən ilin yayında Ermənistan hər iki ölkənin ərasizindən keçən Araz çayından “öz suvarma ehtiyacları üçün” istifadə edərək su axını məhdudlaşdırmaq qərarına gəlib.

“Çaylarımızdan axan su milyard kubmetrlərlə Araza çayına tökülərək Xəzər dənizinə axır. Biz bunu daha yaxşı istifadə etməliyik. Burada qərarlar 1 il üçün deyil, uzunmüddətli qəbul edilməlidir”, - Ermənistanın ekologiya nazirinin müavini Erik Qriqoryan həyəsızcasına bəyan edib.

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan və xarici şirkətlərin qanunsuz fəaliyyətilə bağlı məsələ dəfələrlə qaldırlıb.

Dağlıq Qarabağda xarici şirkətlər əsasən telekommunikasiya və dağ-mədən işlərilə məşğul olur. Bu da regionun ekoloji sistemi üçün məhvedici fəsadlar yarada bilər.

Azərbaycanın erməni işğalı altında 155  müxtəlif növ faydalı qazıntıları, eləcə də 5 qızıl, 6 civə, 2 mis yatağı var.

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına əsasən, 2007-ci ildə Dağlıq Qarabağda Azərbaycanın yeraltı sərvətlərinin istismarı ilə bağlı 30-dan çox şirkət yaradılıb.  

Qeyd etmək lazımdır ki, Azərbaycanın işğal olunmuş ərazilərində istənilən ekoloji fəailəyyət istər ölkə qanunları, istərsə də beynəlxalq hüquq tərəfindən qadağan edilib.

Fotoda: Metsamor AES

Azərbaycanın Xarici İşlər Nazirliyi dəfələrlə Ermənistanın ekoloji problemlərlə bağlı məsuliyyətsizliyinə qarşı müraciət edib:

“1976-cı ildə “Çernobıl” AES-in texnologiyasına əsasən tikilmiş, bütün region üçün təhlükə olan və seysmik zonada yerləşən Metsomor AES-in doğurduğu təhlükələri gizlətmək beynəlxalq ictimaiyyət qarşısında məsuliyyətsizlikdir,” – Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Həmçinin Hikmət Hacıyev bəyan edib ki, Ermənistan Sərsəng su anbarını humanitar və ekoloji terror vasitəsinə çevirib:

“Azərbaycanın işğal olunmuş ərazilərində xarici hüquqi şəxslərin qanunsuz fəaliyyəti də Azərbaycan XİN tərəfindən diqqət mərkəzində saxlanılır. Nazirlikdə həmin şirkətlərin dəqiq siyahısı var”,- deyə H.Hacıyev sözlərinə əlavə edib.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
2029

Son xəbərlər

Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıbBu gün, 17:47Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığı müzakirə olunubBu gün, 17:31Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaqBu gün, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşırBu gün, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilibBu gün, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladıBu gün, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdiBu gün, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunubBu gün, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıbBu gün, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşübBu gün, 15:46Suveren Azərbaycanın yeni ParlamentiBu gün, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTOBu gün, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilibBu gün, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTOBu gün, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıbBu gün, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcəkBu gün, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıbBu gün, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyibBu gün, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıbBu gün, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilibBu gün, 13:33
Bütün xəbərlər