Mübariz Əhmədoğlu: Sarkisyan Makronu yalanlarına tabe edə bildi | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Sarkisyan Makronu yalanlarına tabe edə bildi

10:14 - 29 / 01 / 2018
Mübariz Əhmədoğlu: Sarkisyan Makronu yalanlarına tabe edə bildi

 Ermənistan prezidenti S.Sərkisyanın Fransaya səfəri və Fransa prezidenti E.Makronla görüşü bir sıra prizmalardan diqqəti cəlb edir.

Ermənistan prezidenti MDB məkanından yeni seçilmiş prezident E.Makronla görüşmüş ilk prezidentdir. E.Makronun beynəlxalq proseslərdə aktivliyini nəzərə alsaq onun S.Sərkisyanı qəbul etməyə vaxt ayırması daha çox diqqət çəkən məsələdir. Çünki S.Sərkisyanın prezidentliyi dövründə:

ı. Ermənistanla Fransanın arasında mal dövriyyəsi azalıb, tarixi minimaldadır.

ıı. Fransa şirkətləri Ermənistanda ciddi itkilərə məruz qalıblar. Bəzi şirkətlər hətta tikdiyi müəssisələri erməni biznesmenlərinə zorən təhvil verərək ölkəni tərk ediblər. “Karfur” şirkətinin başına gətirilənlərdən hamı xəbərdardır.

ııı. Ermənistanda fransız dilinin vəziyyəti hətta SSRİ dövrünə nisbətən daha pisləşdiyini, gerilədiyini Fransanın Ermənistandakı keçmiş səfiri Jan-Fransua Şarpantye təsdiqlədi.

Bütün bu məsələlərin fonunda S.Sərkisyanın Ermənistanı və Fransanı eyni dəyərlər sistemində adlandırması və Fransanın Ermənistanda Frankofoniya sammitinin təşkilinə  razılığın verməsi çox maraq doğuran məsələdir. Makron Ermənistanın Fransa ilə münasibətlərinə dair bircə dənə də olsun müsbət fakt deyə bilməz.

Makronla görüşdə S.Sərkisyanın əsas məqsədi yenidən özünü legitimləşdirməkdir. 2008-ci ildə prezident seçilən S.Sərkisyan az keçmiş 1 mart qırğınlarının əsas iştirakçılarından biri oldu. 1 mart qırğınları S.Sərkisyanın prezidentliyinin legitimliyini kifayət qədər ciddi şübhə altına qoydu. O zaman Ermənistanın Fransada səfiri işləyən indiki Xİ naziri E.Nalbandyan məhz Fransa rəhbərliyini dilə tutaraq, ilk olaraq Fransa prezidenti N.Sarkozinin təbrikini ala bildi və məhz bundan sonra Qərb istiqamətdən S.Sərkisyanın prezidentliyinə təbriklər daxil olmağa başladı. E.Nalbandyan Xİ naziri təyin edildi.

İndi S.Sərkisyan təzədən qeyri-qanuni yolla Ermənistanda birinci şəxs olmaq niyyətindədir. Prezident S.Sərkisyanın bəlli bəyanatları heç kəsin yadından çıxmayıb. O bir neçə dəfə bildirdi ki, heç bir statusla - istər parlamentin spikeri,  istər baş nazir, istər başqa postda Ermənistanın birinci şəxsi olmayacaq. Amma indi atdığı addımları göstərir ki, o Ermənistanda nəinki baş nazir postunda birinci şəxs olacaq, həm də Ermənistanın prezidentini də təyin edən baş nazir olacaq. Belə vəziyyətdə onun legitimliyi kifayət qədər ciddi şübhə yarada bilər. Ermənistanda müəyyən qüvvələr ən azı mətbuat səviyyəsində ajiotaj yarada biləcəklər. Məhz bu prizmadan Fransaya səfər Serj Sərkisyan üçün vacib idi. Ehtimal ki, o, öz istədiyini ala bildi.

Mübariz Əhmədoğlu,

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri

 

Paylaş:
515

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər