Təmiz çaylar və sağlam gələcək: Azərbaycan su idarəetməsinin müasirləşdirilməsi üzrə vacib addımlar atır – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Təmiz çaylar və sağlam gələcək: Azərbaycan su idarəetməsinin müasirləşdirilməsi üzrə vacib addımlar atır – FOTO

11:45 - 31 / 01 / 2018
Təmiz çaylar və sağlam gələcək: Azərbaycan su idarəetməsinin müasirləşdirilməsi üzrə vacib addımlar atır – FOTO

Son 25 ildə içməli suyun yaxşılaşdırılmış mənbələrinə girişə sahib olan dünya əhalisinin sayı 76%-dən 91%-ə qədər yüksəlib. Lakin hələ də Yer kürəsinin 40%-dən çoxu su çatışmazlığından əziyyət çəkir. BMT-nin proqnozlarına əsasən, bu rəqəm hələ bir qədər də artacaq.

BMT-nin araşdırmalarında qeyd edilir ki, təmiz su və sanitariya çatışmazlığı ilə əlaqədar xəstəliklər uşaq ölümlərinin ən geniş yayılmış səbəblərindəndir. Arzu edilməyən proqnozlara əsasən, 2050-ci ilədək planetin hər dörd nəfərindən biri təmiz su çatışmazlığından əziyyət çəkəcək.

Çaylarda suların təmiz saxlanılması və çay resurslarının effektli idarə olunması – Avropa İttifaqı (Aİ) ilə Azərbaycan əməkdaşlığının ən fəal sahələrindəndir. Burada suyun illik orta göstəricisi 30,5 km3 təşkil edir. Son 17 ildə Azərbaycanın iştirakı ilə 10 regional su layihələri həyata keçirilib.

“Avropa İttifaqının+ Şərq Tərəfdaşlığı ölkələri üçün su təşəbbüsü” (EUWI+ 4 EaP) – 2016-2020-ci illəri əhatə edəcək cari layihənin büdcəsi 24,8 milyon avro təşkil edir.

Və, müəyyən nəticələr var.

Su əməkdaşlığı üzrə ekspertlərin fikirləri üst-üstə düşür: Azərbaycan tərəfi ilə çay idarəetməsi sahəsində problemlərin aradan qaldırılması üzrə atılan birgə səylər əhəmiyyətli nəticələr verir. Həmçinin ekoloji monitorinq və çay idarəetməsinə yanaşma ilə bağlı yeni standartlara keçidlə bağlı ilk addımlar da atılıb.

“Su idarəetməsi sahəsində hər yeni layihə əvvəlkilərin nəticələri əsasında bazalaşdırılaraq yeni məsələlər ortaya çıxarıb. Layihə çərçivəsində coğrafi fəaliyyət Azərbaycanın əsas çay hövzəsi olan Kür çayı üzərində cəmləşdirilib”, - Su idarəetməsi üzrə azərbaycanlı ekspert, demək olar ki, ölkənin bütün regional su layihələrində çalışmış Rafiq Verdiyev deyir.

2000-2015-ci illərdə su idarəetməsi sahəsində Avropa-Azərbaycan layihələrinin fəaliyyəti Azərbaycanın Su Məcəlləsi (1997-ci il) Avropa İttifaqının Su Çərçivə Təlimatı (2000-ci il) ilə uyğunlaşdılırılır. Bu da Aİ-nin su siyasəti üzrə əsas sənəddir.

Rafiq Verdiyev Azərbaycan üçün bu əməkdaşlıq çərçivəsində ən əhəmiyyətli nəticələri azərbaycanlı mütəxxəsislərin suyun ekoloji monitorinqi üzrə Avropa standartlarının mənimsənilməsi olduğunu bildirib: 

“Azərbaycan çaylarında suyun ekoloji qiymətləndirilməsi, onun əsasən kimyəvi analizindən asılıdır. Bu, Sovetlər Birliyi dövründən qalıb”.

Ekspertin sözlərinə görə, suda oksigenin, duzların ümumi saxlaması, ağır metallar, təbii birləşmələr və sairənin aşkarlanmasına xidmət edən kimyəvi analizdən fərqli olaraq, bioloji monitorinq suyun keyfiyyəti, oradakı canlı orqanizmlər haqda ümumi təəssüratlar göstərir:

Avropa İttifaqının Azərbaycanın su idarəetməsinin mükəmməlləşdilirməsilə bağlı bütün layihələri Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sıx əməkdaşlıqla həyata keçirilir. Nazirliyin su idarətetməsi üzrə eksperti Mətanət Avazovanın sözlərinə görə, çayın hər bir sahəsi üzrə beşballıq şkalanın tətbiqi suyun statusunun müyyənedilməsinə, eləcə də vaxtında və lazımi tədbirlərin görülməsinə imkan yaradır.

Çayın ekoloji statusu onun özünü təmizləmə imkanları hesabına əhəmiyyətli dərəcədə dəyişə bilər. Ekologiya Nazirliyinin məlumatlarına əsasən, Kür çayı öz eko-statusunu bir neçə dəfə dəyişir. Belə ki, çay Azərbaycan ərazinisə çirkli daxil olsa da, təmizlənir.

Kürün çirkliliyi sərhədlə müqayisədə 30-40%-dək azalır. Lakin çirkli Araz çayı ilə birləşdirkdən sonra Kür Azərbaycan ərazisindəki yaşayış məntəqələrindən keçərək Xəzər dənizinə ölkəyə daxil olduğu eko-statusla axır. 

Suyun keyfiyyəti vaxtında monitorinqi və təmizlənməsi üzrə tədbirlərin görülməsi yerli əhalinin sağlamlığını əhəmiyyətli dərəcədə yüksəldir. Suyun təmizlənməsi ilə bağlı nəticələr özünü tez bir zamanda büruzə verməyəcək. Bu, uzunmüddətli perspektivlər üçün hesablanıb.

2012-2016-cı illərdə Aİ-nin Azərbaycanda həyata keçirdiyi son su layihələri çərçivəsində Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Ekoloji Monitorinq Departamentinin regional laboratoriyalarından biri suyun keyfiyyətinə nəzarət edən 10 min avroluq ən müasir avadanlıqlarla təchiz edilib.

Avadanlıqlar 2016-cı ildə Azərbaycanın şimal-qərbində, Kiçik Qafqaz və Kür çayı sahillərində, Azərbaycan-Gürcüstan sərhədində yerləşən Qazax laboratoriyasına gətirilib. Məhz bu yerdə “Beynəlxalq su hövzələrinin ətraf mühitin mühafizəsi” (EPIRB) layihəsi çərçivəsində əsas işlər görülüb. Bu layihənin büdcəsi 7,5 milyon avro təşkil edib.

Laboratoriya suda sululuğun ölçülməsi, oksigenin göstəricilərinin ölçüsü üçün oksimetr, suda nitrat, ftorid və digər çirkləndiricilərin ölçülməsi üçün spektrofotometr, suyun bioloji tərkibini təyin edilməsi üzrə BioDi 5 inkubatorlar, portativ pH-metrlə doldu. Bu haqda Eko-monitorinqi üzrə Milli İdarənin Bakı laboratoriyasının direktoru Vasif Əliyev danışıb:

“Qazaxdakı laboratoriyanın təchizatı üzrə əsas addım olaraq suyun keyfiyyətinin bütün prosesini əhəmiyyətli dərəcədə sürətləndirdi. Əvvələr Qazaxda sudan nümunə götürülərək analiz üçün Bakıya göndərilirdi. Nəzərə alsaq ki, Bakı ilə Qazax arasında məsafə 460 km təşkil edir, bu, çox çətin idi”.

“Ötən ildən Qazax laboratoriyasında çaylarda suyun keyfiyyətinin qiymətləndirilməsi üzrə bütün işlər yerli mütəxxəsislər tərəfindən aparılır. Onlar üçün layihə çərçivəsində xüsusi treninq kursları da keçirilib”, - deyə o, bildirib. 

Azərbaycanın Ekologiya Nazirliyində Ətraf mühitin monitorinqi üzrə departamentin direktor müavini Mətanət Avazovanın sözlərinə görə, Azərbaycanla Aİ arasında suyun ekoloji qiymətləndirməsi standartları ilə yanaşı, çay ehtiyatlarının idarəedilməsində ümumi sistem üzrə əhəmiyyətli fərqlər var:

“Əgər Azərbaycanda çay idarəedilməsi rayonların inzibati ərazisi çərçivəsində həyata keçirilirsə, Aİ-də hövzə idarəetməsi üzrə tətbiq edilir”.

Çayın hövzəsini sahə adlandırırlar ki, burada su çaya tökülür. Müvafiq olaraq hövzə yanaşması çayın bütün axın tərəflərini birləşdirir. Ekspertin sözlərinə görə, bu tip idarəetmənin üstünlükləri su ehtiyatlarının ədalətli paylanılması, eləcə də bütün çay hövzəsinə həmrəy məsuliyyətdən ibarətdir.

Azərbaycanda çaylarda hövzə sistemi idarəetməsinin tətbiqi üzrə işlər hələ davam etdiriləcək. Mətanət Avazova bu istiqamətdə maneələri kimi çay sisteminin mürəkkəb və su resurslarının qeyri-bərabər paylanılmasını adlandırıb. Belə ki, üç iri su kanalı – Şirvan, Qarabağ və Mil-Muğan var ki, burada orta miqyaslı su ehtiyatları ilə müqayisə edilir.

M.Avazova qeyd edir ki, hövzə idarəetmə üsulunun tətbiqi Gürcüstana Kür çayının su idarəedilməsi üzrə regional inkişafı üçün yaxşı əsas ola bilər. Son 4 ildə müvafiq hüquqi sənədlərin imzalanması üzrə danışıqlar aparılır.

Kür – 1364 kilometr uzunluğa sahib olan Cənubi Qafqazın ən iri çayıdır. O öz əsasını Türkiyənin şimal-şərqindən götürsə də, çayın ən uzun hissəsi Gürcüstan və Azərbaycan ərazisindən keçir.

Azərbaycanın digər ən iri çayı olan Araz Azərbaycan, Türkiyə və İranla sərhəddə yerləşir. Çayın 80 km hissəsi ölkə ərazisindən axır. Lakin Ermənistanla Azərbaycan arasında davam edən münaqişə ilə əlaqədar Araz çayının su ehtiyatlarının idarəedilməsi üzrə hər hansı bir regional əməkdaşlıq mümkün deyil.

Azərbaycanlı və avropalı mütəxxəsislərin su idarəedilməsi üzrə 17 illik birgə işlərindən Azərbaycanın Su strategiyası Layihəsi hazırlanıb. Burada ölkənin su idarəetməsinin müasirləşdirilməsi ilə bağlı kompleks təkliflər, eləcə də qanunvericiliyin korrektə edilməsi özündə ehtiva edir. Sənəd Azərbaycan hökumətinin müzakirəsindədir. Bu qərardan ölkənin su ehtiyatlarının idarəedilməsi sahəsinin gələcəyi asılıdır.

Elena Ostapenko

Tərcümə: S.Xankişiyeva

 

 

 

Paylaş:
4225

Son xəbərlər

Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıbBu gün, 17:47Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığı müzakirə olunubBu gün, 17:31Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaqBu gün, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşırBu gün, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilibBu gün, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladıBu gün, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdiBu gün, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunubBu gün, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıbBu gün, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşübBu gün, 15:46Suveren Azərbaycanın yeni ParlamentiBu gün, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTOBu gün, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilibBu gün, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTOBu gün, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıbBu gün, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcəkBu gün, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıbBu gün, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyibBu gün, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıbBu gün, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilibBu gün, 13:33
Bütün xəbərlər