Mübariz Əhmədoğlu: Makronun Sarkisyandan ərazi güzəştləri tələb etməsi mövzusu əsassız deyil
Fransaya səfər edən Ermənistan prezidenti bəzi məsələlərdə uğur qazansa da ermənilərin ümummilli hesab etdiyi məsələlərdə Fransanın mövqeyinin dəyişməsinə dözdü. Bəlkə də “erməni soyqırımı” və Dağlıq Qarabağ tənzimlənməsindəki mövqelərini S.Sərkisyan güzəştə getməklə qarşıdakı proseslərdə legitimliyinin tanınmasına razılıq əldə etdi.
E.Makron Ermənistan-Fransa əlaqələrinin 2018-ci ildə aktiv inkişaf edəcəyini, Ermənistan cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi mərasimlərində Fransa Xİ nazirinin iştirak edəcəyini, özünün isə Frankafoniyanın Ermənistan sammitinə qatılacağını bildirdi. Bütün bunlar indiki prezident S.Sərkisyanın baş nazir postunda birinci şəxs olmasının legitimləşdirilməsi anlamındadır. E.Makron S.Sərkisyanla görüşdə “erməni soyqırımının” tanınması mövzusuna demək olar ki, toxunmadı. Dağlıq Qarabağ tənzimlənməsində isə Ermənistanın mövqeyinin əksinə olan bəyanatlar verdi. E.Makronun belə mövqeyi onun Ermənistandan ərazi güzəştləri tələb etməsi mövzusunu gündəliyə gətirdi. E.Makronun S.Sərkisyandan ərazi güzəştləri tələb etməsi mövzusu əsassız deyil.
Fransa prezidenti E.Makron birgə mətbuat konfransında Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı baxışlarını S.Sərkisyana çatdırdığını bildirdi:
ı. Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil.
ıı. İndiki status-kvo qeyri-sabitdir.
ııı. Yalnız danışıqlar region xalqlarının naminə uzunmüddətli həlli əldə etməyə imkan verir.
ıv. Həll bütün tərəflərdən cəsarətli, qarşılıqlı güzəştlər və konkret fəaliyyət tələb edir.
1. Proseslər hələlik kövrəkdir, yerdəki vəziyyət qeyri-sabitdir. Ona görə danışıqların bərpa olunmasının konkret tərəqqiyə gətirib çıxarması mütləq zərurətdir.
vı. Mən şəxsən bu prosesə qoşulmuşam və Fransanın bu məsələdə qərəzsiz vasitəçi rolu oynayacağına qətiyyətliyəm.
vıı. Fransa tərəfi Rusiya və amerikalı tərəfdaşları ilə vəziyyəti izləyir və prosesi irəlilətmək üçün bütün imkanları nəzərdən keçirir.
E.Makronun Dağlıq Qarabağ tənzimlənməsindəki mövqeyində iki yeni istiqamət xüsusi diqqət çəkir:
1. a) O, aktiv beynəlxalq siyasət aparan gənc prezidentdir. Mövqeyində qətiyyət və konkretlik var.
2. b) Əvvəlki prezidentlərdən xüsusilə F.Olanddan fərqli olaraq E.Makron qoşunların təmas xəttində insidentlərin tədqiqi mexanizminin adını belə hallandırmadı.
Mübariz Əhmədoğlu,
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri