Neft yenidən bahalaşmağa başlayıb
Dünya birjalarında neftin qiyməti yenidən artmağa başlayıb.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,55 dollar artaraq 63,34 dollar olub.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,63 dollar bahalaşaraq 59,83 dollar təşkil edib.
1news.az
584