At ətini mal əti adı ilə satmaq istəyən şəxs saxlanıldı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

At ətini mal əti adı ilə satmaq istəyən şəxs saxlanıldı – FOTO

17:44 - 14 / 02 / 2018
At ətini mal əti adı ilə satmaq istəyən şəxs saxlanıldı – FOTO

Balakən rayonunda qanunsuz at kəsimi faktı aşkar edilib.

Bu barədə 1news.az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən məlumat veriblər.

Məlumata görə, fevralın 14-də daxil olmuş məlumat əsasında Xidmətin Balakən Rayon Baytarlıq İdarəsinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşlarının iştirakı ilə keçirilən tədbirlər zamanı Balakən rayonunun Qabaqçöl qəsəbə sakini Nurullah Nurəddin oğlu Cirinqovun həyətinə baxış keçirilib.

Baxış zamanı Nurulla Cirinqova məxsus həyətdə qeyri-qanuni, antisanitar şəraitdə kəsilmiş, ağacdan asılmış, dərisi yarımçıq soyulmuş və sağlamlığına dair heç bir sənədi olmayan 1 baş atın cəmdəyi, arxa ətrafları və 1 ədəd at başı aşkar edilib.

Həyətində at kəsimi aparan Nurullah Cirinqova söhbət əsnasında müvafiq dövlət qurumlarının nəzarətindən kənar at kəsimi və at ətinin tədarükü ilə məşğul olduğunu etiraf edib və həmin ətləri mal əti adı altında satmaq istədiyini bildirib.

Aşkar edilmiş at ətindən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Balakən rayonu sakini Nurullah Cirinqova məxsus və onun tərəfindən kəsilmiş təxmini 95 kq çəkisində olan at ətinin müayinəsi başa çatana kimi, at cəmdəyi saxlama kamerasına yerləşdirilib.

Bu hadisə ilə bağlı materiallar toplanaraq araşdırımalar aparılması üçün Balakən Rayon Polis Şöbəsinə göndəriləcək.

Ətdən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcək.

1news.az

Paylaş:
509

Son xəbərlər

Müdafiə Nazirliyi və Çinin dövlət şirkətinin rəhbərliyi arasında görüş keçirilib26 / 09 / 2024, 17:46Səhiyyə Nazirliyində Qlobal Fondun nümayəndələri ilə vərəmə dair vəziyyət müzakirə olunub26 / 09 / 2024, 17:45Leysan xarakterli yağış yağır - Faktiki hava26 / 09 / 2024, 17:39“Azerconnect Group” Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransa dəstək oldu26 / 09 / 2024, 17:24İcma: Şotlandiya Parlamentinin deputatının təqdim etdiyi sənədi qətiyyətlə pisləyirik26 / 09 / 2024, 17:16Türkiyə Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat yaydı26 / 09 / 2024, 17:10Gələn ilin büdcə zərfinə daxil olan sənəd və məlumatlar Prezidentə təqdim edilib26 / 09 / 2024, 17:00Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılacaq26 / 09 / 2024, 16:56DİM taksi sürücüləri üçün növbəti imtahana qeydiyyat elan edib26 / 09 / 2024, 16:358 Noyabr prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb26 / 09 / 2024, 16:20Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ26 / 09 / 2024, 15:58“Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib”26 / 09 / 2024, 15:56İlham Əliyev: Nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin26 / 09 / 2024, 15:51AYNA taksi dayanacaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlayıb26 / 09 / 2024, 15:45Prezident: İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir26 / 09 / 2024, 15:40Birinci Qarabağ müharibəsinin şəhidi Vaqif Alıyev Gəncədə dəfn edilib - FOTO26 / 09 / 2024, 15:39İqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib, Prezident İlham Əliyev müşavirədə çıxış edib - FOTO26 / 09 / 2024, 15:33Bakıda ahıl və tənha vətəndaşların pullarını ələ keçirən Ukrayna vətəndaşları saxlanılıb26 / 09 / 2024, 15:29Xəzər suitisi: Sayı, təhlükələr və mümkün xilas yolları – Tariyel Eybatov ilə MÜSAHİBƏ – FOTO26 / 09 / 2024, 15:28Sahibkarlar arasında keçirilən nüfuzlu “EY İlin İş Adamı” müsabiqəsində iştirak üçün ərizə qəbulu başlayır26 / 09 / 2024, 15:03
Bütün xəbərlər