Avropa İttifaqı ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərin inkişafında yeni mərhələ: Yeni əməkdaşlıq sazişi | 1news.az | Xəbərlər
Siyasət

Avropa İttifaqı ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərin inkişafında yeni mərhələ: Yeni əməkdaşlıq sazişi

10:06 - 14 / 02 / 2018
Avropa İttifaqı ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərin inkişafında yeni mərhələ: Yeni əməkdaşlıq sazişi

2018-ci ilin Aİ və Azərbaycan arasında münasibətlərin daha da möhkəmlənməsi ili olacağı gözlənilir. Bu il ikitərəfli münasibətlər üçün də mühüm ildir. Avropa İttifaqı ilə Azərbaycan yeni hərtərəfli sazişin imzalanması üzərində danışıqları və dinamik işbirliyini dəvam etdirirlər. Eyni zamanda, tezliklə Ortaq Aviasiya Məkanı haqqında qarşılıqlı səmərəli Sazişin imzalanacağı da gözlənilir.

Həmçinin, 2018-ci il Azərbaycan dövləti üçün tarixi əhəmiyyət kəsb edən il olacaqdır. Azərbaycan hüquqi dövlət və dünyəvilik nümunəsində müsəlman şərqində ilk demokratik respublika qurulmasının-dövlətçiliyinin 100 illik nailiyyətlərini qeyd edəcəkdir. Bu və digər tarixi aspektlərdə, əhalisinin əksəriyyəti müsəlman olan bir ölkə olaraq Azərbaycan Şərqdə müsəlman dünyası üçün bir çox sahələrdə nümunə olub.

Bu il həmdə İkinci Dünya Müharibəsindən sonra siyasi mənzərəni formalaşdıran Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 70 illiyi qeyd edilir. Bəyannamə Azərbaycan, Aİ və onun üzvləri tərəfindən dəstəklənən universal dəyərlər və prinsiplərin mərkəzindədir.

2015-ci ilin sentyabrında Avropa Parlamenti tərəfindən Azərbaycan əleyhinə qərəzli və əsassız qətnamələrin qəbul edilməsi ilə Azərbaycan və Aİ münasibətlərində müəyyən müddət ərzində durğunluq yaranmışdı. Xatırladaq ki,  Avropa Parlamenti tərəfindən Azərbaycan əleyhinə əsassız və qərəzli qətnamələrin qəbul edilməsinə Rəsmi Bakı ciddi etirazını bildirərək, özünəməxsus qətiyyət nümayiş etdirmişdi. Bu ədalətsiz münasibətə qarşı Rəsmi Bakı, Azərbaycan Respublikası Milli Məclisinin Avronest Parlament Assambleyasından çıxması, həmçinin Avropa Parlamenti ilə ikitərəfli dialoqun dayandırılması haqda qərar qəbul etmişdir. Lakin, Avropa Parlamentinin müraciətinə əsasən Azərbaycan Aİ ilə əməkdaşlığının parlamentlərarası ölçüsünün tam bərpasına razılıq vermişdir. Bunun davamında, 2016-cı ilin sentyabrında Aİ-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti Azərbaycana rəsmi səfər edib. 

Münasibətlərdə yaranmış bu durğunluq 2017-ci ildə yeni hərtərəfli sazişin imzalanması üçün aparılan danışıqlar prosesi ilə dinamik vüsət aldı. Münasibətlərin  bu cür dinamikası tərəflər arasında etimadın, qarşılıqlı anlayışın və hörmətin daha da inkişaf etdirilməsini qoruyub saxlamağa və möhkəmləndirməyə kömək edəcək.

Azərbaycan Avropa İttifaqı ilə ikitərəfli münasibətlərə üstünlük verir. Yeni hərtərəfli saziş əlavə olaraq münasibətlərin miqyasını və tərəflərin istəklərini müəyyən edəcək. 2015-ci ilin may ayında “Şərq Tərəfdaşlığı” üzrə Riqa Zirvə toplantısı zamanı Azərbaycan Aİ ilə ikitərəfli münasibətlərin hüquqi çərçivəsini yeniləyəcək Strateji Tərəfdaşlıq haqqında Saziş layihəsini Aİ-yə təqdim etmişdir. Azərbaycan və Aİ sözügedən Saziş layihəsi üzrə ilkin məsləhətləşmələri uğurla başa vurmuşdu. Aİ Xarici İşlər Nazirləri Şurası 14 noyabr 2016-cı il tarixində keçirilmiş iclasında Aİ və üzv ölkələri adından Azərbaycan Respublikası ilə hərtərəfli Saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat vermişdir

Siyasi dialoqa və hər iki tərəf üçün faydalı əməkdaşlığa yeni təkan vermək məqsədi ilə 2017-ci ilin fevral ayından etibarən Aİ və Azərbaycan yeni sazişə dair danışıqlara başlayıb. Bu istiqamətdə Azərbaycan və Aİ münasibətlərin fundamental bazasını möhkəmləndirmək üçün əsl strateji tərəfdaşlar kimi bütün məsələləri açıq dialoq formatında uğurla dəvam etdirirlər. Bu yeni saziş gələcək illərdə Azərbaycan və Aİ arasında münasibətlər üçün yeni siyasi mərhələ və  hüquqi əsas olacaq.

2017-ci il bütövlükdə Avropa İttifaqı ilə Azərbaycan arasında çox məhsuldar il olub. Əvvəlki illərdən fərqli olaraq bu il Aİ ilə Azərbaycan, eləcə də Avropa Parlamenti ilə Milli Məclis arasında çox müxtəlif səviyyələrdə təmaslar olub. 2017-ci ilin fevral ayında Aİ Şurasının prezidenti Donald Tuskun dəvəti ilə prezident İlham Əliyev Brüsselə səfər etmişdi və həmin görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında yeni, hərtərəfli sazişin hazırlanmasına start verilməsi barədə razılıq əldə olunmuşdu. Qeyd etmək lazımdır ki, 2017-ci il ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq strateji xarakter daşıyan yeni əməkdaşlıq müqaviləsinin şərtlərinin müəyyənləşdirilməsi ilə bağlı Avropa İttifaqının yüksək səviyyəli nümayəndələri dəfələrlə Azərbaycana səfər ediblər. Eyni zamanda Azərbaycan dövlətinin yüksək vəzifəli şəxslərinin Avropa İttifaqı qurumlarına, o cümlədən Parlamentinə çoxsaylı səfərləri olmuşdu.

2017-ci il noyabrın 24-də Brüsseldə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” ölkələrinin sammiti keçirildi. Prezident İlham Əliyev həmin sammitdə iştirak etdi və Azərbaycan, eləcə də digər “Şərq Tərəfdaşlığı” ölkələri üçün önəmli və əhəmiyyətli olan məsələlər müzakirə olundu, Şərq Tərəfdaşlığı Sammitinin yekun Birgə Bəyannaməsi imzalandı. Aİ və ŞT ölkələri liderləri 2020-ci ilə qədər 20 konkret məqsəd üzərində işi davam etdirmək barədə razılığa gəldilər. Bəyannamədə, qarşılıqlı münasibətlərinin gələcəyini xarakterizə etməklə yanaşı eyni zamanda Azərbaycan və onunla eyni problemlərlə üzləşmiş digər Şərq Tərəfdaşlığı ölkələrinin(Gürcüstan, Moldova, Ukraynanın) ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinin dəstəklənməsinə dair Aİ-nin öhdəliyi, həmçinin “Şərq Tərəfdaşlığı” regionundakı münaqişələrin həllində beynəlxalq hüququn prinsiplərinə əsaslanan vahid mövqe qəbul olunduğu öz əksini tapıb. Bənzər mövqeyi Aİ, Avropa Parlamentinin 2017-ci il 13 dekabr tarixində “Vahid xarici siyasət və təhlükəsizlik siyasətinin həyata keçirilməsinə dair illik hesabat”qətnaməsi ilə qəbul etdi. Burada Avropa Parlamentinin bütün Şərq Tərəfdaşlığı dövlətlərinin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə sadiq olduğu vurğulanır. Bu, 2017-ci ildə Avropa İttifaqı ilə münasibətlər müstəvisində Azərbaycan    üçün ən dəyərli sənədlərdən biri oldu.

2018-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin daha da möhkəmlənməsi və yeni hərtərəfli əməkdaşlıq sazişinin imzalanması gözlənilir. Hal-hazırda Avropa İttifaqının müvafiq strukturları bu sazişin Azərbaycan tərəfindən təqdim olunan versiyasını öyrənirlər, onların sualları yarandıqca bu suallar ətrafında müzakirələr və razılaşdırmalar aparılır. Bütün bu işlər başa çatdıqdan sonra sazişin layihə formasinda əks olunan bütün müddəaların hər iki tərəfi qane edəcək məzmuna gətiriləcəyi halda tərəflər müqaviləni imzalamağa hazır olacaqlar. Sazişdə Azərbaycan üçün zəruri hesab olunan bütün məsələlər öz əksini tapmalıdır. Sazişdə Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üçün zəmanətlər, Azərbaycan vətəndaşlarının Aİ ilə təmaslarının asanlaşdırılması, Azərbaycanın işğal olunmuş ərazilərinin Aİ və bu quruma daxil olan bütün ölkələr tərəfindən birmənalı şəkildə tanınması və münaqişənin həllində dəstəyinin ifadə olunmasına çalışılır. Ona görə də sazişin necə adlanmasından asılı olmayaraq bu sazişdə bütün bu məsələlərin öz əksini tapması Azərbaycan üçün çox önəmlidir. Saziş Azərbaycanla Avropa İttifaqı arasında daha geniş, hərtərəfli münasibətləri nəzərdə tutur və uzaq perspektivə hədəflənib.

Həmçinin, 2017-ci ildə danışıqlar bərpa edildikdən sonra Avropa İttifaqı və Azərbaycan Ortaq Aviasiya Məkanı haqqında sazişin hazırlanması üçün iki mərhələ keçirib. Saziş mətninin 99%-i razılaşdırılıb. Prinsipial fikir ayrılıqları qalmayıb.

Ortaq Aviasiya Məkanı haqqında Saziş qarşılıqlı səmərəli sazişdir və Azərbaycan üçün bir çox imkanlar açacağı gözləntisi vardır. Saziş Azərbaycan iqtisadiyyatını şaxələndirməyə, turistlərin sayını artırmağa kömək edəcək və Azərbaycanın Avropanı Asiya ilə birləşdirən strateji cəhətdən mühüm regionda nəqliyyat-logistika mərkəzi olmaq təşəbbüsünü daha da möhkəmləndirəcəkdir. Onu da qeyd etmək lazımdır ki, Aİ ilə bu cür sazişlər imzalayan ölkələrin beynəlxalq hava əlaqələrinin nəzərəçarpan inkişafını, reyslərin sayının artmasını, münasib bilet qiymətləri və ölkəyə səyahət edən sərnişinlərin(turistlərin) sayının artması sayəsində münasibətlərin nəzərəçarpan inkişafını görmək mümkün olmuşdur..

Bu saziş Azərbaycana gələcəkdə iqtisadiyyatın, turizmin, ticarətin, investisiyaların şaxələndirilməsində kömək edəcək. Bu, Avropa İttifaqı vətəndaşlarına gözəl Azərbaycanı kəşf etmək, ölkənin üstünlüklərini anlamaq, münasibətləri inkişaf etdirmək imkanı da verəcəkdir.

Yuxarıda da qeyd olunduğu kimi 2018-ci ilin ilk aylarında Aİ ilə yeni saziş üzrə danışıqların növbəti mərhələsi başlayacaq. Bu sazişlə Aİ ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərin inkişafında yeni bir mərhələnin əsası qoyulacaq. Avropa İttifaqının Azərbaycanla ikitərəfli münasibətləri 1999-cu ildən qüvvədə olan Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əsaslanır. Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi Azərbaycan qanunvericiliyi və prosedurlarının Aİ-yə, eləcə də ticarətlə bağlı beynəlxalq qanunlar və standartlara tədricən uyğunlaşdırılmasına imkan verir. Azərbaycanla Avropa ittifaqı bir-birinin maraq dairəsindədirlər. Beynəlxalq aləmdə etibarlı tərəfdaş imicini möhkəmləndirən  Azərbaycan Avropa İttifaqına iqtisadi faydalı layihələr vəd edir. Azərbaycan enerji sahəsində Aİ-nin vacib tərəfdaşıdır və Xəzər dənizinin enerji resurslarını Aİ bazarına daşınmasında əsas rol oynayır. O, həmçinin neft və qeyri-neft sektorunda Azərbaycanın ən böyük xarici investorudur. Aİ Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır, eləcə də ən böyük ixrac və idxal bazarıdır. Hazırda Azərbaycan Aİ-nin təbii qaz ehtiyacının təxminən 5 faizini təmin edir. Azərbaycan Xəzərin təbii qaz resurslarını Aİ bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəql edir. Aİ isə böyük neft-qaz resursları olan tərəfdaşla əlaqələrini gücləndirmək istəyindədir. Bunun qarşılığında isə Azərbaycan dövləti xüsusi həssaslıq tələb edən məsələlərdə-Dağlıq Qarabağ münaqişəsinin birmənalı şəkildə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü prinsipi çərçivəsində həllini tapmasında real addımlar gözləyir.

Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması Cənubi Qafqaz ölkələrini maraqlandıran hadisələrin önündə gələrək, regionda sabitlik və inkişaf üçün maneə olaraq qalmaqdadır. 2016-cı ilin ikinci yarısında vasitəçi dövlətlərdən Rusiyanın fəallaşması səbəbindən 2017-ci ildə Qarabağ münaqişəsinin həlli üçün ciddi addımların atılacağına dair fikirlər mövcud idi. Bu  istiqamətdə 2017-ci ildə önəmli bəzi görüşlər keçirilsə də, nəticə etibarilə ciddi  addım atılmadı. Xüsusilə 2017-ci ilin oktyabr ayında Azərbaycan və Ermənistan dövlət başçılarının Cenevrədə təkbətək görüşməsi və həmin ilin dekabr ayında Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun Azərbaycanı və Ermənistanı ziyarət etməsi önəmli hadisə olaraq qiymətləndirilir.  Həmçinin 2017-ci ildə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona 4 dəfə səfərləri olmuşdur. Azərbaycan və Ermənistanın Xarici İşlər nazirlərinin il ərzində 5 dəfə görüşü keçirilmişdir. Münaqişəsinin həlli üçün yuxarıda sadalanan önəmli görüşlər keçirilsə də, nəticə etibarilə ciddi  addım atılmadı. Ancaq bununla belə, 2017-ci il  24 noyabr  tarixində Brüsseldə keçirilən Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitinin yekun Birgə Bəyannaməsində Azərbaycan Respublikası daxil olmaqla “Şərq Tərəfdaşlığı” ölkələrinin  ərazi bütövlüyü, suverenliyi Avropa İttifaqı tərəfindən birmənalı şəkildə dəstəklənməşdir. Bu, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ərazi bütövlüyü prinsipinin əhəmiyyətinin vurğulanması ilə Azərbaycanın növbəti nailiyyəti, Ermənistan diplomatiyasının isə məğlubiyyəti olaraq işğalçı tərəfə növbəti zərbə olmuşdur.

Elnarə Qəribova

Elmi işçi

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi

 

Paylaş:
3364

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər