ReCAPTCHA nədir və nə üçün istifadə olunur? | 1news.az | Xəbərlər
İqtisadiyyat

ReCAPTCHA nədir və nə üçün istifadə olunur?

22:57 - 14 / 02 / 2018
ReCAPTCHA nədir və nə üçün istifadə olunur?

ReCAPTCHA internetdə təhlükəsiz mühit üçün yaradılan sistemdir.

1news.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, sistem əsasən yeni saytlardan qeydiyyatdan keçən zaman istifadəçinin robot, yoxsa insan olub-olmadığını müəyyənləşdirmək üçün nəzərdə tutulub. Təhlükəsizlik üçün ekrana kiçik qutu və ifadələr gəlir və əməliyyata davam etmək üçün bu ifadələri qutuya yazmağımız vacibdir.

Demək olar ki, hamının qarşısına çıxmış bu sistemin digər məqsədi var. ReCAPTCHA ilə sadəcə robot yox, insan olduğumuzu sübut etmirik, həmçinin milyonlarla kitabı digitallaşdırma prosesində iştirak edirik. Qutuya yazmaq üçün təklif edilən ifadələrdən biri ReCAPTCHA tərəfindən yaradılan, digəri isə digital aləmə daxil edilməsi gözlənilən kitablardan birinin içində yerləşən kəlmədir.

2000-ci illərin ortalarından istifadəyə verilən ReCAPTCHA vasitəsilə gündə 200 milyon kəlmə online aləmə daxil edilir. Hər daxiletmə insanların sadəcə 10-12 saniyəsini alır və 750 milyon insan üçün faydalı olur.

Şirkətin yaradıcısı Luis Von Ahn bildirir ki, məqsədləri kitabların digitallaşdırılması və çox sayda insan üçün əlçatan olmasıdır.

ReCAPTCHA 2009-cu ildə "Google" tərəfindən alınıb.

1news.az

Paylaş:
3905

Son xəbərlər

Bütün xəbərlər