Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul qaydaları açıqlanıb – VİDEO

Müdafiə Nazirliyi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə 2018/2019-cu tədris ili üçün kursant qəbulu qaydalarını açıqlayıb.
1news.az-ın nazirliyə istinadən verdiyi xəbərə görə, cari ildə mülki ümumtəhsil müəssisələrinin tam orta təhsil səviyyəsini bitirmiş, 15 sentyabr 2018-ci ilə qədər 17 yaşı tamam olan və 19 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları qəbul edilirlər.
“Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olan kursantlar təhsil müddətində bütün təminat növləri ilə təmin olunur və ayda 127 AZN məbləğində müavinət alırlar. Təhsili və fərdi intizamı ilə fərqlənən əlaçı kursantların aylıq müavinətlərinə qanuna müvafiq qaydada əlavələr edilir.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarına hərbi ixtisaslarla yanaşı müvafiq mülki ixtisas üzrə bakalavr dərəcəsi də verilir”- deyə, MN-dən bildiriblər.
Qəbul qaydaları ilə ətraflı burada tanış ola bilərsiniz.
1news.az