“Misir dünya uşaqlarının gözü ilə” müsabiqəsinin qalibi olan rəssamlarımız mükafatlandırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Misir dünya uşaqlarının gözü ilə” müsabiqəsinin qalibi olan rəssamlarımız mükafatlandırılıb

11:04 - 15 / 02 / 2018
“Misir dünya uşaqlarının gözü ilə” müsabiqəsinin qalibi olan rəssamlarımız mükafatlandırılıb

Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində bu ölkədə keçirilmiş “Misir dünya uşaqlarının gözü ilə” adlı beynəlxalq rəsm müsabiqəsində qalib gəlmiş azərbaycanlı gənc rəssamların mükafatlandırılması mərasimi olub.

1news.az-a Mərkəzdən verilən məlumata görə, tədbiri açan Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi bildirib ki, “Misir dünya uşaqlarının gözü ilə adlı rəsm müsabiqəsi 1990-cı ildən etibarən keçirilir. Hər il bu beynəlxalq müsabiqədə 140-dan çox ölkə iştirak edir.

Onun sözlərinə görə, son illər Azərbaycan təmsilçilərinin yüksək nailiyyətlər əldə etməsi çox qürürverici bir haldır: “Bundan əlavə, müsabiqə qaliblərinin əsərlərindən ibarət kataloqun üz qabığında məhz Azərbaycanın gənc istedadının əsərinin yer alması bir daha sübut edir ki, Azərbaycan mədəniyyət və incəsənət sahəsində dünyaya hər zaman öz tövhəsini verməkdədir”.

Mükafatlandırma mərasimində iştirak edən Quba rayon İncəsənət Məktəbinin direktoru Mirkazım Cəfərov, Abşeron rayon Saray qəsəbəsi İncəsənət Məktəbinin direktoru   Anar Quliyev, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin direktoru  Namiq Rzazadə gənclərə öz arzularını bildirdilər.

Sonra 5 nəfər qalib qızıl, 5 nəfər qalib gümüş, 9 nəfər qalib isə Misir Mədəniyyət Nazirliyinin sertikikatları ilə mükafatlandırılıblar.

P.Sultanova

 

Paylaş:
635

Son xəbərlər

Bütün xəbərlər