Gənclər və idman naziri Cəlilabadda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov fevralın 16-da Cəlilabad rayonunda vətəndaşları qəbul edəcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, qəbulda Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı şəhər və rayonlarının sakinləri iştirak edəcəklər.
Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Cəlilabad şəhəri, H.Əliyev prospekti 242) başlayacaq.
Vətəndaşlar qəbula gəlmək üçün Lənkəran (051 505-30-30), Astara (055 789-03-34; 051 432-01-10), Cəlilabad (050/055 315-25-25), Lerik (050 568-49-23), Masallı (055 237-44-88; 050 637-44-88), Yardımlı (050 682-71-23; 070 317-40-04) şəhər-rayon gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.
1news.az
627