Bu gün ilin ilk Günəş tutulması baş verəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün ilin ilk Günəş tutulması baş verəcək

1news Redaksiyası11:23 - 15 / 02 / 2018
Bu gün ilin ilk Günəş tutulması baş verəcək

Bu ilin ilk Günəş tutulması fevralın 15-də Bakı vaxtı ilə saat 22:55-dən fevralın 16-sı 02:47-dək baş verəcək.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasından AZƏRTAC-a bildiriblər ki, Günəş tutulması Sakit və Atlantik okeanı hövzələri, həmçinin Cənubi Amerikanın cənub hissəsini və Antarktidanı əhatə edəcək.

Qeyd edək ki, bu il iyulun 13-də Bakı vaxtı ilə saat 05:48-dən 08:13-dək baş verəcək digər Günəş tutulması Sakit və Hind okeanı hövzələrində, eləcə də Avstraliyanın cənub hissəsində və Antarktidada müşahidə ediləcək. Avqustun 11-də Bakı vaxtı ilə 12:02-dən 15:30-dək baş verəcək Günəş tutulması isə Rusiyanın şimal-şərqini, Şimali Amerika, Skandinaviya və Çini əhatə edəcək.

1news.az

Paylaş:
616

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər