Rusiyada binada yanğın nəticəsində ölən azərbaycanlıların sayı 5 nəfərə çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Rusiyada binada yanğın nəticəsində ölən azərbaycanlıların sayı 5 nəfərə çatıb

16:29 - 18 / 02 / 2018
Rusiyada binada yanğın nəticəsində ölən azərbaycanlıların sayı 5 nəfərə çatıb

Rusiyanın Orenburq şəhərində yanğın nəticəsində yaralananlar azərbaycanlılardan biri xəstəxanada ölüb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Orenburqdakı Azərbaycan icmasının rəhbəri Yaşar Məsimov bildirib.

Fevralın 12-də Orenburq şəhərinin Salmışskaya küçəsi 58/1 ünvanında yerləşən binanın 9-cu mərtəbəsində baş verən yanğın nəticəsində ağır yanıq xəsarəti alan 1992-ci il təvəllüdlü Quliyeva Sədaqət Eysevər qızı bu gün xəstəxanada ölüb. Diaspor rəhbəri yanğın nəticəsində yaralanan şəxslərdən hazırda dörd nəfərinin xəstəxanada olduğunu, onlardan 82 yaşlı İzzət Quliyevanın vəziyyətinin olduqca ağır olduğunu söyləyib.

Qeyd edək ki,  fevralın 12-də günorta saatlarında Orenburq şəhərinin Salmışskaya küçəsi 58/1 ünvanında yerləşən binanın 9-cu mərtəbəsində yanğın baş verib. Nəticədə 1980-ci il təvəllüdlü Quliyev Hatəm (Namiq) Akif oğlu, onun 3 yaşlı qızı Leyla və 6 yaşlı oğlu Eysevər, 1967-ci il təvəllüdlü Qabil Qarayev ölüblər. Yanğın zamanı 2009-cu il təvəllüdlü Sevinc Quliyeva, 1995-ci il təvəllüdlü Aytən Quliyeva, 1969-cu il təvəllüdlü Sevinc Quliyeva və 1936-cı il təvəllüdlü İzzət Quliyeva, o cümlədən 1992-ci il təvəllüdlü Sədaqət Quluyeva ağır yanıq xəsarəti almışdı.

S.Xankişiyeva

 

Paylaş:
549

Son xəbərlər

Müdafiə Nazirliyi və Çinin dövlət şirkətinin rəhbərliyi arasında görüş keçirilib26 / 09 / 2024, 17:46Səhiyyə Nazirliyində Qlobal Fondun nümayəndələri ilə vərəmə dair vəziyyət müzakirə olunub26 / 09 / 2024, 17:45Leysan xarakterli yağış yağır - Faktiki hava26 / 09 / 2024, 17:39“Azerconnect Group” Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransa dəstək oldu26 / 09 / 2024, 17:24İcma: Şotlandiya Parlamentinin deputatının təqdim etdiyi sənədi qətiyyətlə pisləyirik26 / 09 / 2024, 17:16Türkiyə Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat yaydı26 / 09 / 2024, 17:10Gələn ilin büdcə zərfinə daxil olan sənəd və məlumatlar Prezidentə təqdim edilib26 / 09 / 2024, 17:00Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılacaq26 / 09 / 2024, 16:56DİM taksi sürücüləri üçün növbəti imtahana qeydiyyat elan edib26 / 09 / 2024, 16:358 Noyabr prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb26 / 09 / 2024, 16:20Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ26 / 09 / 2024, 15:58“Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib”26 / 09 / 2024, 15:56İlham Əliyev: Nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin26 / 09 / 2024, 15:51AYNA taksi dayanacaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlayıb26 / 09 / 2024, 15:45Prezident: İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir26 / 09 / 2024, 15:40Birinci Qarabağ müharibəsinin şəhidi Vaqif Alıyev Gəncədə dəfn edilib - FOTO26 / 09 / 2024, 15:39İqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib, Prezident İlham Əliyev müşavirədə çıxış edib - FOTO26 / 09 / 2024, 15:33Bakıda ahıl və tənha vətəndaşların pullarını ələ keçirən Ukrayna vətəndaşları saxlanılıb26 / 09 / 2024, 15:29Xəzər suitisi: Sayı, təhlükələr və mümkün xilas yolları – Tariyel Eybatov ilə MÜSAHİBƏ – FOTO26 / 09 / 2024, 15:28Sahibkarlar arasında keçirilən nüfuzlu “EY İlin İş Adamı” müsabiqəsində iştirak üçün ərizə qəbulu başlayır26 / 09 / 2024, 15:03
Bütün xəbərlər