Bu vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirilib

18:50 - 18 / 02 / 2018
Bu vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirilib

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.

1news.az-a DİM mətbuat xidmətindən verilən xəbərə görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1537 namizəddən 22 nəfəri imtahana gəlməyib.

İmtahan nəticələri saat 18:22-dən etibarən DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Nəticələrinə əsasən BA1 altqrupu üzrə – 3 nəfər, BA2 altqrupu üzrə – 5 nəfər, BA3 altqrupu üzrə – 15 nəfər, BA4 altqrupu üzrə – 49 nəfər, BB1 altqrupu üzrə  – 27 nəfər, BB2 altqrupu üzrə – 58 nəfər, BB3 altqrupu üzrə – 114 nəfər, BB4 altqrupu üzrə – 195  olmaqla, ümumilikdə 466 namizəd  tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün fevralın 19-dan martın 2-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

-  ali təhsil haqqında sənədin surəti;

-  əmək kitabçasının surəti (olduğu halda).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik olan şəxs sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

İmtahan nəticələri ilə bağlı Apelyasiya Komissiyası 19-21 fevral tarixlərində saat 10:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək.

S.Xankişiyeva

 

Paylaş:
564

Son xəbərlər

Müdafiə Nazirliyi və Çinin dövlət şirkətinin rəhbərliyi arasında görüş keçirilib26 / 09 / 2024, 17:46Səhiyyə Nazirliyində Qlobal Fondun nümayəndələri ilə vərəmə dair vəziyyət müzakirə olunub26 / 09 / 2024, 17:45Leysan xarakterli yağış yağır - Faktiki hava26 / 09 / 2024, 17:39“Azerconnect Group” Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransa dəstək oldu26 / 09 / 2024, 17:24İcma: Şotlandiya Parlamentinin deputatının təqdim etdiyi sənədi qətiyyətlə pisləyirik26 / 09 / 2024, 17:16Türkiyə Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat yaydı26 / 09 / 2024, 17:10Gələn ilin büdcə zərfinə daxil olan sənəd və məlumatlar Prezidentə təqdim edilib26 / 09 / 2024, 17:00Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılacaq26 / 09 / 2024, 16:56DİM taksi sürücüləri üçün növbəti imtahana qeydiyyat elan edib26 / 09 / 2024, 16:358 Noyabr prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb26 / 09 / 2024, 16:20Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ26 / 09 / 2024, 15:58“Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib”26 / 09 / 2024, 15:56İlham Əliyev: Nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin26 / 09 / 2024, 15:51AYNA taksi dayanacaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlayıb26 / 09 / 2024, 15:45Prezident: İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir26 / 09 / 2024, 15:40Birinci Qarabağ müharibəsinin şəhidi Vaqif Alıyev Gəncədə dəfn edilib - FOTO26 / 09 / 2024, 15:39İqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib, Prezident İlham Əliyev müşavirədə çıxış edib - FOTO26 / 09 / 2024, 15:33Bakıda ahıl və tənha vətəndaşların pullarını ələ keçirən Ukrayna vətəndaşları saxlanılıb26 / 09 / 2024, 15:29Xəzər suitisi: Sayı, təhlükələr və mümkün xilas yolları – Tariyel Eybatov ilə MÜSAHİBƏ – FOTO26 / 09 / 2024, 15:28Sahibkarlar arasında keçirilən nüfuzlu “EY İlin İş Adamı” müsabiqəsində iştirak üçün ərizə qəbulu başlayır26 / 09 / 2024, 15:03
Bütün xəbərlər