Kənd təsərrüfatı naziri Ağsuda sakinlərlə görüşəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kənd təsərrüfatı naziri Ağsuda sakinlərlə görüşəcək

17:13 - 19 / 02 / 2018
Kənd təsərrüfatı naziri Ağsuda sakinlərlə görüşəcək

Kənd təsərrüfatı naziri Heydər Əsədov fevralın 23-də Ağsu rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında  Ucar, Kürdəmir, Göyçay, Ağsu və Zərdab rayonlarının sakinləri ilə görüşəcək.  

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, saat 11:00-da başlayacaq görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64; 050-352-06-27) və Ağsu  Rayon Kənd Təsərrüfatı İdarəsinə (050-338-01-58) müraciət edə bilərlər.  

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

1news.az

Paylaş:
632

Son xəbərlər

Bütün xəbərlər