Xoşqədəm fotosunu paylaşdı: Yazın ki, nə gündəymişəm - FOTO
Aparıcı Xoşqədəm Hidayətqızı illər əvvələ aid fotounu paylaşıb.
Və aparıcı şəklə bu sözləri yazıb:
“Səhv etmirəmsə, 1999 və ya 2000-ci ildir. Media kapitanları bir arada. İndi bu fotonu paylaşın ki, nə gündəymişəm. Nə edim, reytinqliyəm, ən kiçik addımım qalmaqaldı, xəbərdir, manşetdir. Rəbbimə şükürlər olsun ki, mən varam. Bu arada burada çəkim 50 kiloqramdır. Yenidən o çəkiyə qayıtmağa qərar verdim. Qara günlər, aclıq başladı”.
S.Xankişiyeva
1609